Page 490 - "Yeni söz"
P. 490
nc yazarların ədəbiyyat almanaxı

Raskolnikovun pəjmurdə qarğası

“Bu qanlı baltanı necə gizlədim”, – deyə Raskolnikov düşündü.
Sarıbəniz, sısqaydı. Adı naməlum şəhərin arxa küçələrinin birində səki boyu tələsik
addımlarla yeriyirdi. Yağış kirli şəhərin kələ-kötür yollarını təzəcə yumuş, gölməçələrini
doldurmuşdu. Küçənin qurtaracağındakı qədim kilsənin zəngi girişdəki məscidin azan
səsinə qarışmışdı. Raskolnikov səki boyu addımlarını atdıqca kirli su dolmuş gölməçələri
şappıldadıb keçdi. O, donqar belini bacardığı qədər aşağı əyirdi. Əynindəki nimdaş
pencək yağışın əlindən sulu bir əsgiyə çevrilmişdi.
O, ikimərtəbəli, sütunlu, qotik üslublu, köhnə bir binanın qarşısında dayandı.
Qapının sağ tərəfində, onun çiyniylə paralel istiqamətdə divara pərçimlənmiş zəngin
düyməsinə bir neçə dəfə toxundu. Ən sonunda əsəbiləşdi və düyməni sinirli bir
vəziyyətdə döyəcləməyə, yumruqlamağa başladı. Qəfildən öz iradəsizliyinə təəccüb
etdi. Sakitləşdi. Onun bütün cəhdlərinə baxmayaraq, qapının zəngi eşidilmədi. Küçə
qapısının açılmayacağını gördü və əlini tezcə cibinə atmağı düşündü. Əlini cibinə atan
kimi, barmağının ucuna toxunan əzabı bütün bədənində hiss etdi.
Yenə həmin soyuq, qanlı balta... Hələ də nimdaş, sallaq çiyinli, tiftikli pencəyinin
altındaydı. Sanki bu qəlbində gizlətmiş olduğu utancverici bir duyğunun maddəyə
çevrilmiş formasıydı. O, bu qanlı baltaya toxunduğu an, qəfildən barmağının uclarının
qızmar bir dəmir parçasına dəyməsinin instinkti ilə geri çəkmək istədi. Ancaq
Raskolnikov qeyri-iradi bir şəkildə, təhtəlşüur instinktini idarə etməyi bacardı. Ona əzab
verən, ruhunun və düşüncəsinin məhrəm bir simvoluna çevrilmiş qanlı baltanı qəfil
yerə ata bilməzdi. O, baltadan daha möhkəm yapışdı. Sol əli ilə “Jeans” markalı
şalvarının ciblərini qurcaladı. Pencəyinin döş cibinə baxdı. Sonra əlini pencəyinin yan
cibinə saldı. Heç bir açarlığı olmayan gümüşü açar ikinci mərtəbədəki birotaqlı mənzilin
açarının yanındaydı. Buz kəsmiş barmaqlarıyla hövlnak bir halda açarı çıxartdı. Binanın
dəmir çərçivəli, ağır dəstəkli qapısını açdı. Sonra Raskolnikov düşündü: “Axı niyə hər
gün asanlıqla açdığı bu dəmir qapı indi belə ağırlaşmışdı?” O, sağ çiynini qapıya
söykəyib var gücüylə itələdi. İçəri girən kimi qapını arxasınca çırpdı. Pillələri iki bir-üç
bir yuxarıya qalxdı. Qızmar dəmir parçası kimi, yandırıcı balta hələ də cibindəydi. Hələ
də onun ən gizlin və məhrəm bir düşüncəsi kimi varlığının mahiyyətini açan nəsnəydi.
O, bunu bilirdi. Yox, bilmirdi. Raskolnikov əlinin altındakı bu alovlu, yandırıcı dəmir
parçasından utanırdı.
Raskolnikov uzun müddətdir kirayə qaldığı mənzilin qapısının qarşısında dayandı.
Bu qapının arxasındakı tənha vicdanının naləsini dinlədi. İçəridən gələn həmin intəhasız

490
   485   486   487   488   489   490   491   492   493   494   495