Page 493 - "Yeni söz"
P. 493
ğaya doğru atdı. Zireh baxışlı qarğa hövlnak baxışı ilə həmin qan qırıntısını buğda Ziyad Quluzadə. Raskolnikovun pəjmurdə qarğası
dənələrinin arasından tapıb yedi.
O, pencəyinin cibindəki siqaret qutusunu çox axtarmalı oldu. Tapmadı.
Qapının yanındakı çarpayının üzərindən asılmış qasımuşağı xalçasının ortasındakı
əqrəbin ayaqları az qalsın döşəmədə sürünürdü. Döşəmənin taxta lövhələri zamanla
aşınmış, çürümüş, aralanmış və üzərindəki tünd-qırmızı boyası bir çox yerdən
qopmuşdu. Otaqdakı divar kağızları sarı ləkə tutmuş ağ vərəqə bənzəyirdi. Tala-tala
ləkələrin divarboyu sulu boya ilə çəkilmiş rəsmi xatırladan görüntüsü baxanda qəribə
duyğular oyadırdı. Raskolnikov eynilə işsiz, kədərli və ac günlərdə olduğu kimi, dəmir
başlıqlı çarpayısında uzanıb gözlərini qarşıdakı divarın sarımtıl ləkələrinə zillədi. Sonra
həmin sarımtıl ləkələrin əyri-üyrü cizgilərini xəyali bir xətlə birləşdirib gizli bir dünya
yaradırdı. Onun yaratdığı bu simvolların arasında yaşlı, boynu açarla dolu sələmçi qadın
da var idi. Niyə evinin divarlarındakı hər şey məhz o qadının zühur etmiş fiqurları ilə
doluydu? O bir dəfə də gecənin yarısı pəncərəni deşib keçən ay işığının fonunda
divardakı təsvirlərdən Allahı seçə bilmişdi. Tanrı ona qaşqabaqlı, hirsli və acıqlı baxırdı.
Bu dəfə isə divardakı təsvirlərini yerini hər tərəfindən qan damcılayan bir balta
tutmuşdu. Bu balta masanın üzərindəkinə nə qədər bənzəyir?
Raskolnikov gözünü divar kağızının üzərində yaratdığı xəyali təsvirlərdən çəkdi,
qəfəsdəki qarğaya baxdı. Qara, pəjmurdə nəzərli, qorxaq qarğa qəfəsin yöndəmsiz
qapısını dimdikləyirdi. Sələmçi qadının yerə yıxılarkən çıxardığı kədərli səs, həmin inilti
hələ də qulağından getməyib. Raskolnikov çarpayıdan dik atıldı. O, gözlənilməz bir
cəldliklə masaya yaxınlaşdı, qanlı baltanı götürdü və çarpayısına tərəf gəldi. O, dəmir
başlı çarpayısında yenidən uzandı və kirli yorğanı üstünə çəkdi. Yoğranla başını örtdü.
O, qanlı baltanı canlı bir varlıq kimi əzizi, yaxını, sevgilisi, övladı sayağı bağrına basdı.
Ancaq baltanın əzabverici istisi, yatağına yayılmış qan qoxusu Raskolnikovu dərin bir
qaranlığın içərisinə itələyirdi. Bu quyunun içində sonsuzluğa açılan labirint var idi.
Raskolnikovun qapısı iki dəfə yarım saat arayla hövlnak bir şəkildə döyüldü. Qapının
hər döyülüşündə qarğa qəfəsin bir küncünə çəkilir, kiçilir və gözəgörünməz bir zərrəyə
çevrilirdi. Raskolnikov qapının səsini eşitdi. Gözlərini yumdu və yatağındakı qanlı baltanı
qucaqlayıb yatdı.
493