Page 492 - "Yeni söz"
P. 492
nc yazarların ədəbiyyat almanaxı
varlığı iki hissədən, iki mərhələdən ibarət idi. Raskolnikovun həyatının ikinci mərhələsi
bu qızmar alov kimi yanan, qanlı baltanı nimdaş pencəyinin altına dürtüşdürdüyü
gündən başlamışdı. O, həyatı dərininə yox, eninə yaşayırdı. Qəribədir, sanki bu qızmar,
qanlı balta onun həyatını çapa-çapa yerində dərin boşluqlar yaradırdı. Bu düşüncələri
beynindən keçirdikcə gözünü qapının gözlüyünə daha möhkəmcə dirəyirdi.
O, qəfildən qapıdan geriyə çəkildi. Sanki otağın naməlum bir küncündəki maqnit
lövhə onu qəfil bir hərəkətlə geri çəkdi. O, qorxu içərisində, birotaqlı evin dar dəhlizində
bir-iki addım atdı, səndirlədi, yıxılmamaq üçün müvazinətini qorudu. Əlini divara
yapışdırdı. Ancaq sağ əli hələ nimdaş pencəyinin sağ cibindəydi. Onu – qızmar, qanlı
baltanı möhkəmcə tutmuşdu. Artıq onun əli bu qorxunc istiyə vərdişkar olmuşdu. Sol
əli ilə köhnəlmiş divar kağızları olan divarlardan tutuna-tutuna otağa daxil oldu.
Pencəyini əynindən çıxardı. Baltanın tiyəsini şalvarının kəmərinə keçirmişdi.
Əynindəki boz köynəyin sallaq çiyinlərindən onun bir dəri, bir sümük olduğunu
anlamaq olurdu. Belə bir məqamda əlinə kitab keçmiş hər kəs onu Lamançlı Don Kixota
bənzədə bilərdi. Ancaq ona qətiyyən bənzəmirdi. Şalvarının kəmərinə keçirilmiş qanlı
balta onun ruhundakı, içindəki məhrəm bir günah kimi ilişib qalmışdı. Baltanı ehmalca
kəmərdən çıxardı və masanın üzərinə buraxdı. Sonra köynəyin düymələrini açdı.
Əynindən çıxardı. Sələmçi qadının qanı Raskolnikovun “mayka”sına qədər batmışdı. O,
bütün paltarlarını tələm-tələsik bir cəldliklə, titrəyərək və qorxaraq çıxardı. Sanki evdə
bəzi məqamlarda hiss etdiyi, səsini eşitdiyi həmin hənirtili canlı baltanın içinə girmişdi.
Onunla bir bütünlük təşkil edirdi.
– Sizə nə olub? – deyə Raskolnikov otağın sağ tərəfindəki pəncərənin yanındakı
masanın üzərinə qoyulmuş qəfəsə baxıb dilləndi. Qəfəs sanki illərin məşəqqətli
sınağından çıxmışdı. Bu qəfəsdə əvvəllər də xeyli quş məskən salmışdı. Dəmir simlərinin
üzərindəki ağ boya bəzi yerlərdən qopmuşdu. Qəfəsin qapısı əyri idi. Görünür,
Raskolnikov bu qapını qəfəsə sonradan düzəltmişdi. Çox sonradan... Çünki bu qapı
qəfəsə zorla və əlavə bir parça kimi pərçimlənmişdi. Raskolnikov ehmalca dəmir qəfəsə
yaxınlaşdı. Eynilə özü kimi arıq, tüklərini tökmüş qarğaya gözlərini zillədi. Hər ikisinin
baxışları bir anlıq toqquşdu. O, barmağını yaxınlaşdırıb qəfəsin dəmir simlərinə əlini
sürtdü. Qarğa küncdəki kiçik saxsı nəlbəkinin içinə tökülmüş buğda dənələrinin
üzərində dayanmışdı. Ona cavab verirmiş kimi, başını dik qaldırmışdı. “Qarrrrr”, deyə
bağırdı. Raskolnikov barmaqlarını qəfəsin simlərinə toxunduranda qəfildən şəhadət
barmağının dırnağına dolmuş qaraltı diqqətini cəlb etdi. Digər dırnağı ilə onu çıxardı.
Bu, qurumuş qan idi. Sələmçi qadının qanı dırnağın arasına dolub qurumuşdu.
Raskolnikov dırnağının arasındakı qurumuş qan parçasını çıxardı və qəfəsdəki tənha
492