Page 487 - "Yeni söz"
P. 487
günəşdən qaçıb özünü torpağa çırpan ilk işıq şüası görünəndə qız başını çevirib Zərdüşt Şəfi. Nuhun doğulması
kəndə sarı baxdı: kənd gözdən itmişdi.

Oğlanın başdan-başa qırxyarpağa bələnmiş bədəni hərəkətə gəldikdə, o qaçıb
oğlandan uzaqlaşdı.

Arxaya baxan bir gözüylə oğlanın biləyinin nəhəng bir palıda necə çevrildiyini,
bədəninin hissə-hissə şişib ucalaraq ağaclaşdığını gördü.

Onun bir ayağının dabanı ucaldı, böyüdü, səthini kollar basdı və onu meşə-adamın
bədənindən ayrı saldı.

O qaça-qaça təpəyə qalxdı. Artıq o məşhur “sərxoş ilğım”dan on-on beş ağac, bir
də bu təpə qalmışdı.

Başını yenə kənd tərəfə çevirəndə gün işığında parıldayan baltaları da gördü. Yenə
gəlirlər. Yorulmayıblar, bezməyiblər, əl çəkməyəcəklər.

Onu dinləməyəcəklər.
Sağa-sola çarəsiz baxışlar atdı – Böyük Səhra susur, xırda qum zərrəciklərini
belədən-elə, elədən-belə qovurdu.
“Nə susursan – çığırmaq istədi, – elə susursan elə bil öldürülən sənin balan deyil,
sənin oğlun deyilmi bu meşə, bu ağaclar, nə susursan elə bil, heç nə olmayıb?”
Başının üstündən keçən qara quş içindəki çığırtısını aldı-apardı.
Qaça-qaça meşəyə endi. Bir cavan qamac tapdı – özü boyda, dartmaq, dartıb
kökündən çıxarmaq istədi, dartmadı.
Yerə çökdü. Ağladıqca göz yaşları ağacın dibində quyulandı, barmaqları ilə ağacın
dibini eşdi, qazdı, bir-bir kökləri torpaqdan ayırdı, qamacı əlinə alıb təpəyə qayıdanda
artıq onu görəcək qədər meşəyə yaxınlaşmış adamları gördü.
Ən öndə atası, qardaşları və şaman gəlirdi.
Qaçıb təpəni endi, ağlaya-ağlaya meşənin içərilərinə qaçdı, qaçdıqca ağacları
qucaqladı, çiçəkləri öpdü, dodaqlarını bulağın gözünə dayayıb su içdi; qaçdıqca əlindəki
qamacın köklərini də torpaqladı, suda islatdı, qaça-qaça meşədən uzaqlaşdı.
Başının üstündən keçən qara quş ilk balta səsini gətirdi ona. Gözləri qaraldı, yerə
çökdü. Ayağa qalxa bilmədi.
Balta səsləri çoxaldı və ardıcıl olaraq eşidilməyə başladı. Sonra bir ağac yıxıldı.
Nəriltisini qara quş onun başı üstündən keçəndə dimdiyindən saldı.
Daha ağlamağa, çığırmağa heyi yoxdu. İçində nələrsə onu haldan salırdı.
Hiss edirdi ki, gün qalxdıqca, şüaları onun üzərinə düşdükcə qarnında qəribə ağrılar
yaranır və ağrılar o qədər hərarətli və isti olurdu ki, artıq başqa heç nə haqqında düşünə
bilmirdi.

487
   482   483   484   485   486   487   488   489   490   491   492