Page 491 - "Yeni söz"
P. 491
lmətin qopardığı haraya qulaq verdi. Onun ətrafını qəfildən bürüyən canlı bir varlığa Ziyad Quluzadə. Raskolnikovun pəjmurdə qarğası
çevrildi. Nimdaş pencəyinin altındakı dəmir parçası, sol cibin dibsizliyindəki açar,
qarşısında dik dayanıb onun gözlərinin içinə baxan qapı... Yenə həmin hövlnak, tələsik
axtarış... Əlini pencəyinin sol cibinə saldı və digər ikinci açarı vərdişkar olduğu kimi,
qara saplı açarlığından yapışıb çıxartdı.

Taxta qapının kilid yerinə keçirilən açarı bir dəfə sağa, iki dəfə də sola çevirdi. Hər
şey – sağ cibinin altındakı qızmar balta da, boyası getmiş taxta qapı da, bu açar da onun
gizliniymiş kimi qarşısında dik dayanmışdı. Zamanla qızılı rəngi aşınmış, altındakı həqiqi
dəmir pası üzə çıxmış açarın açarlığını ev sahibəsi qara qaytandan düzəltmişdi. “Axı,
görəsən, niyə evi kirayələdiyim ilk gün bu açarın üzərindəki qara qaytanı çıxarıb
atmadım?” deyə Raskolnikov fikirləşmişdi. Elə ilk gündən bu düşüncələri beynindən
keçirmişdi. Yaşlı və sələmçi qadının evini kirayələdiyi ilk gündən... Bu qızılı açarın
aşınmamış, kirlənməmiş, elə ilk günkü kimi təzə qalmış qara qaytanı nəyə qarşı
dirənirdi? Görəsən, niyə o da Raskolnikov kimi zamanla aşınmırdı, dəyişmirdi?

Raskolnikov sallaq, nimdaş pencəyinin sağ cibinin altında gizlədiyi qanlı baltanı
möhkəmcə sıxmışdı. Taxta qapını (qapı ağ rənglə boyanmışdı, ancaq zaman küləyi
həmin qapının üzərindən əsib ötdüyü üçün bəzi yerləri qopmuş, tökülmüşdü) içəridən
bağladı. Sonra sağ əli ilə pencəyinin altındakı baltanı qəribə bir inadkarlıqla sıxdı. Sol
əlini qapıya dayadı və bir gözünü yaxınlaşdırıb qapının gözlüyünə söykədi. Görəsən,
qapıqonşu onu görmüşdü? Əgər qonşuların paltarlarını yuyan, evlərini yığışdıran Sonya
onu görübsə, mütləq ərinə xəbər verəcək. Raskolnikov onu da fikirləşirdi ki, qadın son
dövrlər yaman düşünüşüb. Çünki ev sahibəsinə onunla bağlı şikayət də ediblər. Əslində
bu deyingən qadının şikayəti də elə ciddi bir məsələ deyil. Güya o, qonşulara qarşı
xoşrəftar münasibət göstərmirmiş.

O, sol gözünü qapının gözlüyünə daha da yaxınlaşdırdı. Sol gözünün qarşısındakı
ovalvari dəhlizin yuxarıya çıxan və aşağıya enən pillələrinə baxdı. Paltaryuyan
qapıqonşunun rəngi getmiş, tünd-qırmızı boyalı qapının arxasında dayanıb, eynilə onun
kimi gözünü gözlüyə söykəyərək, ovalvari dəhlizə və ya Raskolnikova baxdığını fikirləşdi.
Görəsən, xəbəri olubmu? Bəlkə, şübhələnib? Raskolnikov gözünü qapı çeşməyinə
zillədikcə bütün varlığının dəhlizdəki ovalvari görüntünün parçasına çevrildiyini hiss
etdi. Sanki həmin alatoran, çirkli görüntünün hər hansı bir zərrəsiydi. Raskolnikov
fikirləşdi ki, atdığı hər addımı güdən, hər hərəkətinə göz qoyan bu qonşu qadın onun
təpəsində yaşayan, varolan panoptik bir gözə çevrilib. O, indi həyatının elə bir
mərhələsində idi ki, sanki qadağa qoyulmuş qırmızı xətti tapdalamışdı. Həmin qırmızı
xəttə qədər olan həyatı və həmin qırmızı xətdən sonraya aid olan həyatı var idi. Onun

491
   486   487   488   489   490   491   492   493   494   495   496