Page 479 - "Yeni söz"
P. 479
Hər sabah heyrətin ağzı açılırdı və axşama kimi hər gün yenilənən və dəyişən Zərdüşt Şəfi. Nuhun doğulması
meşədən danışırdılar.

Danışanların hər biri gecələr meşənin yoxa çıxdığını bilsələr də, bundan bir kəlmə
də demir, hamının bildiyini özlərindən gizlədirdilər.

6
Odunçu qızı bir axşam, işdən yorğun-arğın gəlmiş qardaşlarına və atasına çay-çörək
verib, onların yataqlarını hazır edəndən sonra mətbəxdən götürdüyü duz-bıçaqla
otağına çəkildi, qapının rəzəsini çəkdi.
Bıçaqla baş barmağını kəsdi, sonra da barmağını duzluğa basdı: bu gecə
çağırılmamış qonağı görməliydi.
Lampanın işığını söndürüb yerinə uzandı. Gözlərini başının üstündəki nəfəsliyə
dikdi. Həyəcandan ürəyi elə döyünürdü ki, kəsilib-duzlanmış barmağının acısını belə
unutmuşdu.
Torpağın iyi kəskinləşməyə başladı. Yaz olmasına baxmayaraq, qulaqlarına xəzan
küləklərindən çıxan səs gəldi.
Həyəcandan gözlərini yumub, yorğanın altında gizlətdiyi bıçağı ovcunda bərk-bərk
sıxdı. Bir neçə dəqiqə keçdi, səs kəsildi.
Gözlərini açdı. Həmişəki küncdə kimsə dayanmışdı.
Yatağının yanında hazır etdiyi çaxmağı çaxıb çırağı yandırdı, çırağın işığını artırdı.
Gözlərini böyüdərək küncdə dayanan bu yaraşıqlı oğlana baxdı, ətrafdakı torpağı,
yerdə ondan qalan izi görüb gizli pərəstişkarını tanıdı.
Tez ayaqlarını yığdı, lampa işığında bıçaq kimi parıldayan çiyinlərini yorğanın altına
çəkdi, büzüşüb balışına sığındı.
Meşə-adam sakitcə dayanmışdı.
Yaxalandığını, özünü ələ verdiyini anlamış, artıq heç nəyin əvvəlki kimi olmayacağını
hiss edərək divara qısılmışdı.
Getmək, yaxud qalmaq lazım olduğunu bilmir, həyəcandan titrəyirdi. Odunçu qızı
gözlərini ondan çəkmirdi. Qız çığıra bilərdi, ağlaya bilərdi.
O getmək istəyirdi, ancaq indi qızın önündən necə keçsin, onu fikirləşirdi.
O tərpənmək istədi, bir addım atdı, ancaq onun neyləmək istədiyini bilməyən qız
yorğanın altından bıçaq çıxardı. Meşə-adam geri çəkildi, yerə çökdü, dizlərini büküb
divara söykəndi.

***
Çöldə yağış yağmağa başladı. Evin kirəmit damına dəyən damcıların səsi çardağa
əks-səda salıb, tavandan keçərək qızın da qulağına çatdı.

479
   474   475   476   477   478   479   480   481   482   483   484