Page 475 - "Yeni söz"
P. 475
2 Zərdüşt Şəfi. Nuhun doğulması
O, bir qız sevirdi. Yaylığının altında, sarı-qızılı saçlarında payızı, baxarkən adamdan
qaçırdığı göy gözlərində göyləri gizlədən, məhəbbət rəngli dodaqları olan bir qız.
Sinəsi süd, yanaqları yaş qoxulu odunçu qızı kəndin gözüydü.
Ağappaq dərisi və kəndçi qızına irad tutula biləcək incə bədəni vardı.
Pəncəsinin altında qalan qarışqa ölməz, tapdadığı ot qırılmaz, gecələri pəncərə
önündə dayanıb həsrətli gözlərini üfüqə dikəndə Ay çıxmazdı – pəncərə arxasından
yupyumru sifəti bulud arxasında Ay kimi işıq saçardı.
Hər axşam qız uzun günün yorğunluğunu soyunub yatağına girəndə torpağın ona
bir qədər də yaxınlaşdığını sanardı.
Uzandığı yerdə, otağının dar nəfəsliyindən içəri girən kəskin qoxunun artdığını hiss
edər, qorxardı. Ancaq evdə nə qardaşlarına, nə də atasına torpaqdan qorxduğunu izah
edə bilməzdi.
Bütün günü qızmar günəş altda tarlada və həyətdə bel büküb torpağın nazını
çəkəndə belə, torpaqdan gələn bu ətiri hiss etmirdi.
Elə bil qoca dünyada nə torpaq vardı, gecələr yığılıb onun pəncərəsi önünə gəlirdi.
Neçə dəfə çıraq yandırıb artırmaya çıxmış, heç nə görməmişdi.
Ancaq hiss eləmişdi ki, çıraqdan düşən işığın qaranlığında nəsə gizlənir.
O yanılmamışdı. Hər gecə adam olan kimi, meşə-adam hansı uzaqlıqda olur olsun
özünü kəndə yetirir, odunçu qızının artırmaya açılan qapısı qarşısında, divara söykənib
sabaha kimi oturur, bəzən qalxıb dar nəfəslikdən qaranlıq otağa baxırdı.
Qız artırmaya çıxıb ətrafa baxanda isə həyəcandan ürəyi döyünür, özünü qaranlıq
gecənin içində gizlədirdi.
Belə gecələrin sabahı, hələ dan yeri sökülməmiş meşə-adam var gücüylə qaçmağa
başlayırdı.
Qaçıb evdən uzaqlaşmasaydı, ev onun genişlənərək kol və ağaclara, onların
köklərinə çevrilən, çevrildikcə budaq-budaq Allaha ucalan bədəninin altında qalıb
əzilərdi.
O qaçırdı, qaçırdı, qaçdıqca hardasa uzaqlarda Günəşlə yüklənmiş ilk işıq zərrəsi
torpağa toxunurdu və onun dabanları toxunduğu yerdə qalırdı, şişirdi, böyüyürdü,
böyük bir təpəlik yaradır, bu təpədə xırda kollar bitirdi.
Bax beləcə o qaça-qaça, qaça bildiyi məsafəyə uzanan meşəlik olur, hissə-hissə,
budaq-budaq, yarpaq-yarpaq bölünürdü.
475