Page 467 - "Yeni söz"
P. 467
– Çünki insan deyiləm. Ülviyyə Heydərova. Mələk
– Sən zarafat elə?! Amma deyirəm, Əzrayıl olsaydın, pis olmazdı. Ha-ha-ha...
Deyərdim, nə olar, gəlmişkən əliboş getmə. Hm, o da elə qəddardır ki, ölmək
istəyənlərin yox, yaşamaq arzusunda olanların canını alır...
– Neyləsin? O yazıq da əmrə tabedir... Guya istəyər ki, tutalım, dünən evlənən bəy
səhəri gün qəzaya düşüb ölsün? – Mələk ayağa qalxb gəzişməyə başladı.
– Eh, danışma bala! İtki böyük dərddir. Görəsən, mən öləndə kim ağlayacaq? Nağd
bilirəm ki, qonşular sevinəcək. Bəlkə, bu, elə xoşbəxtçilikdir ki, arxanca heç kim yaş
tökmür, hə? Necə fikirləşirsən?
– Bircə onu düşünürəm ki, can şirin şeydi. Gəl söhbəti dəyişək. Ölüm söhbətini
eşitməkdən bezmişəm. Rafiq müəllim, niyə rayondan məhz İçərişəhərə gəldiz?
Rafiq çiynini oynatdı. Sanki tribunada çıxış edirmiş kimi qamətini düzəltdi, başını
dik tutdu:
– Çünki elə tələbəlikdən buranı özümçün kəşf etmişəm. Həmişə fikirləşirdim ki, öz
içəri şəhərində azanlar burda özlərini asanlıqla tapa bilərlər. Hm, qəribədir ki, həmişə
içəri şəhərimdə azacağımdan qorxmuşam.
– Onda belə çıxır ki, buraya özünüzü axtarmağa gəlmisiz? Bəs bu neçə ildə tapa
bilmisiz?
– Yox! Heç axtarmamışam da. Bilirsən, hərdən elə bilirəm ki, İçərişəhər elə mən
özüməm. Üst-başıma baxma e, mən İçərişəhərə ruhən bağlıyam…
Kök qadın əlindəki ağır vedrəni güclə zibilliyə gətirəndə Rafiqin öz-özünə danış-
dığını gördü. Təəccübdən gözləri bərəldi. Odur ki, onunla salamlaşmağa çəkindi. Zibili
qutuya boşaldıb aradan çıxmaq istəyəndə Rafiq arxadan qadını səslədi:
– Sevda xanım, bayaqdan yanımdakı oğlana deyirəm ki, ölsəm, birinci qonşular
sevinəcək...
– Siz Allah, ölümə kim sevinər? Kimi dediniz? Oğlan? Bəyəm, yanınızda adam var?
Öz-özünüzə danışırsız. Deyəsən, çox vurmusuz axı. Yaxşı, tələsirəm, – deyib tövşüyə-
tövşüyə oranı tərk etdi.
Qadının kinayəsi Rafiqin sifətinə elə bil sillə çəkdi. Başını iki əlinin arasına qoyub
onun son kəlmələrini təkrarladı:
– Öz-özünüzə danışırsız, deyəsən, çox vurmusuz?! Pay atonnan?! Allah bilir, əri
tuluğun nə qədər doldurur? Görürsən də, Mələk, camaatın gözü kor olub. Gündüzün
günorta vaxtı səni görmürlər, – qoca başını ağır-ağır qaldırıb sağa çevirəndə yanında
heç kəsi görməyib yerindən dik atıldı:
– Bıy, bu, hara yoxa çıxdı? Mən dəli oluram, nədir? Yox! Axı o, insan idi... Simpatiçni
oğlan... Mələk, bəlkə, gizlənmisən, hə? Gəl mənimlə oyun oynama! – qoca zibilxananın
bütün ətrafına dolaşsa da, onu görə bilmədi.
467