Page 465 - "Yeni söz"
P. 465
dən diqqətini ağlibaslı alıcı çəkdi. Hiss etdi ki, qadın əylənənlərdən fərqli olaraq kef- Ülviyyə Heydərova. Mələk
sizdir. O, taxtadan yonulmuş Mərdəkan qalasının fiqurunu əlinə götürüb heyrətlə
baxanda Mələk onun xəyalən ayrı bir məkana üz tutduğunu duydu. Ona yaxınlaşmaq
istəyəndə ayaq saxladı. Satıcı nəfəsini dərmədən malını təriflədikcə qadının fikri də
sürətlə uzaqlara gedirdi. O, elə hiss edirdi ki, özünü və narkoman oğlunu qaladan
tullayır. Mələk yaxınlaşıb onu fikrindən ayırdı:
– Səsini çıxartma! Burda olduğumu səndən başqa, heç kim bilmir.
Qadın diksindi. Ətrafına baxdı. Yanındakılar alış-veriş edirdilər. Əlini qulağına, son-
rasa saçlarına apardı. Sanki bir az əvvəl eşitdiyi səs başından töküləcəkdi. Mələk yenə
qulağına pıçıldadı:
– Bilirsən, sən o Mərdəkan qalasına gedəcəksən. Amma özünü atmağa yox,
oğlunun çəkilişində iştirak etməyə…
Qadın başını yellədi. Eşitdiyinə inana bilmədi. Dilinin ucunda mızıldamağa başladı:
– Axı o, məni və özünü bezdirib? İnsan evin içində nə qədər uçar? Nə qədər gülər?
– İnan mənə! Bir aya ona əla təklif gələcək və bu, həyatınızı dəyişdirəcək!
– Bəs yaxşı, sən kimsən? Haradan gəlmisən? Bəlkə, mən dəli olmuşam, hə? İlahi,
bu nədir eşidirəm?
– Yox, narahat olma! Ağlın yerindədir.
– Bəs de görüm, bunu mənə söyləməkdə məqsədin nədir?
– Çünki vaxtınız hələ bitməyib. Mənə inan!
Qadın əlini qulağına tutub insanları yara-yara Qoşa qala qapısından çıxdı. Mələk
qadın gözdən itənə kimi onun arxasınca baxdı. Yenidən meydançaya qayıtdı. Nağaraçılar
qara zurnanın səsini batırmağa cəhd edəndə oradan aralandı. Çadırların qarşısından
ötüb yarmarkanın başında sırayla düzülən heyvanlara sarı gəldi. Heyvanlar Mələyi
görəndə canlarına vəlvələ düşdü, sanki bədənlərinə bit buraxdılar. Ortayaşlı kişi şəkil
çəkdirmək üçün yəhərə minmək istəyəndə at həyəcandan kişnəyərək ayaqlarını havaya
qaldırıb, ətrafdakıları təşvişə saldı. Dəvə isə sahibinin əlindən çıxıb sürətlə Qız qalasına
tərəf üz tutdu. Meydanda aləm bir-birinə dəydi.
Mələk heç kəsin istirahətinə haram qatmaq istəmirdi. Bazardan uzaqlaşıb
Şirvanşahlar sarayına tərəf yollandı. O, İçərişəhərin qalın divarlarının üstü ilə getməyə
başladı. Bir qədər irəliləmişdi ki, diqqətini yolun kənarında qoyulan zibil qutuları çəkdi.
Yaşıl rəngə boyanan qutuda kişi ayaqlarının sallandığını görüb yaxına gəldi. Kişi zibil
yeşiyindən nəsə götürmək üçün bütün vücudunu səfərbər edirdi. Əlindəki paketi qutu-
nun kənarından çıxan dəmirə keçirən kimi “ya Allah” deyib aşağı enəndə yerə yıxıldı.
Mələk qocanın qolundan yapışıb onu divara söykədi. Üzü tüklü, saçları pırpız kişi Mələyi
zibil tullayanlardan biri hesab etdi:
465