Page 460 - "Yeni söz"
P. 460
nc yazarların ədəbiyyat almanaxı
şərəflidi. Onsuz da bineyi-qədimdən belədi: böyüklər xırdaları üyüdür, güclülər güc-
süzləri əzir, Qərb Şərqi yeyir...
Onu deyim ki, tozlar üçün vaxt məhdudiyyəti yoxdu, onlar toz saatıyla işləyir,
insanlar kimi vaxtı saniyəyə, dəqiqəyə, saata, günə, həftəyə, aya, ilə, əsrə, eraya bölüb
ölüm vaxtını gözləmir. Tozlar aləmində heç bir qanunsuzluq yoxdu. Qanunsuzluq cild-
cild qanunlar külliyyatı yazılan yerdə yaranır.
Mən yenə havadaca dövr edirəm. Amma aşağıda, yerdə nələrsə baş verir. Başını
yerə dikib harasa tələsən ikiayaqlıları görürəm. Mənə elə gəlir ki, Yerdə xırda qiyamət
qopub, adamlar harasa tələsir, bir-birini itələyir, bir-birinə aman vermir, qarşısına çıxan
sədləri, maneələri, divarları vurub-keçir, yarıb-keçir, keçə bilmədikləri səddin üstündən
dırmaşıb keçir, qarşılarına çıxan suları üzüb keçir. Bu azğınlaşmış adamların qarşısını
kim kəsə bilər, kim onları dayandıra bilər?!
Küləyə qoşulub axının üstüylə uçuram. Bütün materiklərdə, ölkələrdə, şəhərlərdə –
hər yerdə vəziyyət eynidir. Adamlar harasa qaçır. Adamlar qaçdıqca arxalarınca qara
bulud tozanağı dolaşır. Tozlardan biri təəssüflə: “dünyada şər xeyiri üstələdi, qaranlıq
işığa qalib gəldi, dünyanın nizamı pozuldu, ədalət öldü”, – deyir. Ədalət ölən gün
dünyadakı son şam da sönəcək. Mən toz olsam da, son şamın sönməyini, insanların
içindəki son ümidin ölməyini istəmirəm.
Nə yaxşı ki, tozların cəmiyyətində hər şey ədalətlidir. Keşkə insanlar bu hissin nə
qədər gözəl olduğunu biləydilər, keşkə...
Onu da deyim ki, həyatda o qədər ədalətsizliklə rastlaşımışam ki, hərdən toz dənəsi
olduğuma inanmıram. Bilmirəm, insanlar bu hissi nə vaxt itirib, yoxsa bu hiss hamıya
aid deyil, bəlkə, belə bir hissin olduğunu cəmiyyətin ağ qarğaları uydurub?! Bilmirəm,
hər halda, kitablarda ədalət haqqında nəsə yazılıb. Amma mən uzun illər onu axtardım,
aradım, tapmadım, “gördüm” deyənlə də rastlaşmadım. Toz olandan sonra daha heç
nə axtarmıram, mən arzuladığım yerdəyəm.
Mən toz dənəsinə çevrilən gündən, o günə şükürlər olsun, adamları daha yaxından
tanıyıram, hadisələri daha yaxşı görürəm, həyatı daha aydın başa düşürəm. Haqqın
tapdalanmağı, bilirsiniz, necə ağır hissdir? Haqqın tapdanır, gözgörəti tapdanır, sənsə
cürət edib səsini çıxarmırsan. İçin qovrulur, yana-yana qalırsan. Səsini çıxarsan, özünü
tapdalayacaqlar. Toz olsam da, bu yerdə kədərlənirəm. Yox, ağlamayacağam, tozlar
ağlamır, tozlar xatırlayır...
Necə oldu ki, mən toz dənəsinə çevrildim? Bax bu sirri sizə heç vaxt deməyəcəm.
Ona görə demirəm ki, toz olmaq üçün həyat səni dəyirmanda buğda kimi əzməlidir,
460