Page 455 - "Yeni söz"
P. 455
ünə əziyyət vermək istəmirdi. Aslan çuxura düşmür gözlərini Keçiyə zilləyib son Svetlana Turan. Heçliyin əfsanəsi
qərarını vermək üzrə idi.
Keçi daha aclığa tab gətirməyib bütün qəfəsi alt-üst etdikdən sonra Aslan birtəhər
ayağa qalxdı. Bircə anlıq Keçiyə baxıb onun gücünün hələ də tükənmədiyinə heyrət
etdi. Sonra ayaqlarını sürüyə-sürüyə qəfəsin arxa tərəfinə dolandı. Həyatı boyu ona
yaxınlaşmaq qadağan olunmuş dəmir qapıya, çöldən rahatca açılan qıfıla bir-iki dəqiqə
baxdı. Ani olaraq tərəddüd etdi. Birdən düz qapının yanında hənirti eşitdi. Keçini qu-
caqlamaq keçdi könlündən. Boynuna sarılıb sakitcə ağlamaq, həm anası, həm atası,
həm də özü üçün acı-acı ağlamaq...
Əlini qıfıla sarı uzadıb onu açdı. Qapını itələdi. Keçi qapının arxasında dayandığı
üçün onu əvvəl aça bilmədi. Özünü ələ alıb zəif səslə şiri qapının yanından çəkilməsi
üçün dilə tutmağa başladı. Keçi yavaş-yavaş geri çəkildi. O çəkildikcə qapı açıldı. Aslan
içəri bir addım atdı. Keçi sakitcə oturub düz onun gözlərinə baxırdı. Aslan gülümsədi.
Dostunu ilk dəfə idi ki, bu qədər yaxından görürdü. Keçi yerindən tərpənib qəfəsin o
biri küncünə çəkilməyə başladı. Görünüşündən bəlli idi ki, sıçrayışa hazırlaşır. Aslan tez
əlini qapıya atıb onu içəridən bağladı. Sonra Keçiyə tərəf döndü. Vaxtı yalnız “İndi sənin
növbəndir” sözlərini düşünməyə çatdı...
455