Page 452 - "Yeni söz"
P. 452
nc yazarların ədəbiyyat almanaxı

Amma bu, dünyada baş vermiş nə ilk təzadıydı, nə də son...
Aslan arıq, cılız uşaq olsa da, sürətlə böyüyürdü. Adı işçi siyahısında yox idi, ancaq
hamı onu zoopark içşilərindən biri hesab edirdi. O da atası kimi zooparkın gündəlik
işlərini görürdü.
Aslan həm də heyvanlarla dostluq edirdi. Gündüzlər hər qəfəsin yanında oturar,
heyvanların səhər yeməyini acgözlüklə yeməsinə tamaşa edər, sonra onlarla söhbət
edərdi. Amma heyvanlar ona əhəmiyyət verməzdilər. Çünki onlar qəfəsdə idi. Qəfəs
heyvanları isə heç kimə bağlana bilməz. İnsana bağlanması üçün heyvana nəvaziş
göstərmək lazımdır. Aslan isə yaxşı bilirdi ki, bunu etməyə cəhd etsə, iş əlsiz qalmaqla
bitə bilər. Ona görə qəfəsin yanında oturub onu vecinə almayan heyvanlarla sakitcə
danışırdı. Bəzən quşlardan anasını görüb-görmədiklərini soruşurdu... Bəzən də onun
anasını axtarmadıqlarına görə başı nəhəng qəfəslərdə dən dimdikləməyə qarışmış
göyərçinləri, qırqovulları, hətta qartalları da ümidsizcəsinə danlayardı...
Aslanın düz doqquz yaşınadək zooparkın yaxınlığında yerləşən evlərdən çoxlu dostu
vardı. Yaxın məhlələrin uşaqları hər gün yığışıb zooparkın önünə gələr, onların yanına
çıxmış Aslan zooparkda baş verən maraqlı hadisələrdən danışar, heyvanların nə
yediyini, nə içdiyini, necə səs çıxardığını ağzı açıla qalmış uşaqlara saatlarla danışardı,
sonra uşaqlar gah qartal, gah canavar, gah da at olub oyunlar oynayar, lap gec saatlarda
dağılışardılar. Aslan onları bəzən xəlvətcə iki-iki içəri salar, zoopark işçilərinin gözünə
dəyməməyə çalışaraq uşaqlara heyvanların özünü, ya da yenicə doğulmuş balalarını
göstərərdi.
Aslan məktəbə getmirdi. Heç kəsin ağlına gəlmirdi ki, bu uşağın adi zoopark
heyvanlarından biri olmadığını xatırlayıb, əlindən tutub onu məktəbə aparsın. Lakin
bütün uşaqlar ona həsəd aparır, məktəb, kitab, yazı-pozu bilməyən, çirklənmiş paltar
üstündə heç vaxt danlanmayan, istədiyini edən Aslanın sahib olduğu azadlığa sahib ol-
maqdan ötrü hər şeylərini verməyə hazır olardılar.
Aslanın ən böyük dostu vaxtilə keçi südünü onunla bölüşmüş şir balası – Keçi idi.
O, hər gün Keçiyə baş çəkirdi. Keçi digər şirlərlə birlikdə hər tərəfdən xəndəklə əhatə
olunmuş mağarada yaşayırdı. Mağaraya təkcə arxa tərəfdən keçmək olurdu. Zoopark
işçiləri Aslana tapşırmışdılar ki, həmin arxa qapını açmağa heç cəhd də etməsin.
Qəfəsdə Keçidən başqa, daha dörd şir vardı. Bəzən Aslanın onlardan əl çəkmədiyini
görən şirlər qəzəblə nərildəyirdilər. Elə olanda yazıq uşağa elə gəlirdi ki, şirlər Keçi ilə
onun dostluğundan məmnun deyillər, ona görə də onları daha çox hirsləndirməmək
üçün tez qaçıb gedirdi.
Əşyalar, insanlar, münasibətlər, lap elə həyatın özü də birdən-birə olmasa da,
tədricən dəyişə bilmək kimi qəribə bir xüsusiyyətə malikdir. Aslanın da bu firavan həyatı

452
   447   448   449   450   451   452   453   454   455   456   457