Page 448 - "Yeni söz"
P. 448
nc yazarların ədəbiyyat almanaxı

deyə nə alıb-verir dalımca. Yəqin, bibimin “Qızı yaxşı yerdən istəyirlər” sözündən sonra
nigarançılığı da var. Amma heyif. Gərək yazdığımı göndərəydim. Eh... o birisinə də
göndərmədim. Əsgəri bitirməyinə az qalıb. Gələr, üzünə deyərəm. İndi ürəyinə salar
gədə.

***
Bir kilo düyü işlətdi Telli arvadın qonağı. Bəxtimi açdı bu gün. Deyir, bundan sonra
qapımızı döyəcəklər. Ondanmış ki, adımı çəkib yaxın gələn olmur. Qırıldı tilsim...

***
“Əzizim, Mələk!
Haralardasan? Mən yazmasam, yazmırsan a. Tərsliyimə salıb daha mən də
yazmayacağam a, deyəsən. Ay qız, elə bil buralardan getməmisən heç. Yoxsa qılınc
qınından çıxıb, qınını bəyənmir daha?!
Xəbərin olsun ki, bizimki yaz aylarında bura gəlmək fikrindədir. Yəqin, məndən ötrü
gəlir. Amma bir kəlmə də olsun yazıb-eləmir. O birini də gözləyirəm – “yox” deməyə dilim
necə gələcək, bütün günü onu götür-qoy eləyirəm. Evdəkilər də gəlin hayındadırlar.
Əsəd evlənir. Əvvəllər yenə arada-bərədə mən yada düşərdim, ərdən-zaddan söz salan
olardı. İndi hamı dilini udub. Mənə söz çatanda ara qatılır.
Hə, yeri düşmüşkən, Telli arvadın qonağı gəlmişdi. Bəxtaçanmış. Mənimkini də açdı,
bacı. Deyir, indən belə qapımız hələ çox döyüləcək. Deyir, sən də yaxşı-yaxşı götür-qoy
elə. Minindən birini seç.
Nəysə daha... Uşaqları öp yerimə. De ki, bu yaz xalalarının toyuna gətirəcəksən
onları.
Gülə-gülə...”

***
Səhər duran kimi ilk işim Fərhad əminin kiçik oğlunu çağırtdırmaq olacaq. Məktubu
konvertə qoyub yola salacağam. Sonra da Telli arvadın qonağının tapşırdığı otlardan
dəmləyib evin oyan-buyanına səpməliyəm.

448
   443   444   445   446   447   448   449   450   451   452   453