Page 444 - "Yeni söz"
P. 444
nc yazarların ədəbiyyat almanaxı
ÇƏRƏNÇİNİN
MƏKTUBLARI
“Çoxdandır ki, sənə yazıb hər şeyi demək istəyirəm. Sənə boşuna ümid verib özümü
də, səni də aldadıram. Əslində təzədən başlayıb əvvəlki sözləri təkrar etməyin də
mənası yoxdur. Özün də bilirsən ki, xətrini nə qədər istəyirəm. Amma sənə ərə gəlməyə
bu, bəs eləmir. Bu iş mərhəmətlə-filanla olan şey deyil.
Dayın arvadı bizimkilərə bir-iki aya qayıdacağını deyib. Hamı səni gözləyir. Desəm,
məndən başqa, üzülüb-eləmə. Yəni ki, ümidlə qayıdıb yox eşidəcəyini düşündükcə,
daha bir-iki ay da orada qalıb unutmağını istəyirəm.
Ötən bir-iki görüşün xəyalına uyub özünü bədbəxt eləmə. Unut məni. Unut getsin...
Bizimki də gələsidir yaxınlarda. Neynim, unuda bilmədim. Kənddən xəbər gətirən
Fərhad əminin kiçik oğlu dedi ki, gələn yaza ümid yeri var. Sözüm ondadır ki, sən də
daha ümid eləmə. Bir parça daş bil məni, keçib-getsin. Salamat qal!” – təxminən belə
bir məktub yazmaq istəyirdim ona. Gecə vermişdim bu qərarı. Tənbəllik eləməyib
oturub yazdım da. Amma adi dəftər vərəqi tapa bilmədim. Əlimi uzadıb stolun
üstündəki salfetlərdən bir neçəsini götürüb cızma-qara elədim. Soyuducunun səsi
əsəblərimlə oynayırdı. Qazı da söndürməmişdilər. Bu dəfə tənbəllik edə bilmədim.
Durub bütün səsləri kəsdim. “Cəhənnəmə xarab olsun ət də, toyuq da” – bəyəm
gecənin bu aləmi başqa şey düşünmək olardı? Mən də elə bunu düşündüm. Yerimə
girsəm də, yatmaqdansa, qurcalandım. Nənəm həmişə yuxudan duran kimi uzun-uzadı
yuxu danışardı. Yata bilmədiyi gecələrin səhərisə “balam, ilan vuran yatdı, mən yata
bilmədim bu gecə” – deyərdi. Yəqin ki, bu gecə də bütün ilan vuranlar yatmışdı.
Yuxarıda yazdığım qaralama məktubu başımın altına qoydum. Sonra bir də açıb
oxudum. Sonra bir də başımın altına qoydum. Qərar verə bilmirdim – “bunu
göndərmək lazımdı, ya yox?!” Sonra fikirləşdim ki, hələ bir səhər durum, baxım görüm,
sabah da bu fikirdə olsam, göndərərəm. Deyəsən, sonra yatmışam ki, daha heç nə
yadıma gəlmir.
444