Page 439 - "Yeni söz"
P. 439
– Necə? Sayman Aruz. İkinci mərtəbəli dəli
– Bağışlayın, Mərkəzi Asayeşgaha!
– Həəəə. Elə əvvəl də düz dedin. Ora dəlixanadı də!
Sonra gülməyə başladı.
– Ora niyə, qohumlardan yatan var?
– Yox, özümün başqa işim var!
– Həəə, Allah şəfa versin!
– Qardaş, mən xəstə deyiləm, özüm həkiməm. Nə Allah şəfa versin?
– Nə bilim, dedim də! Allah şəfa verməsin, indi yaxşı oldu? Hamı dəli olub e!
– Qardaşım, incimə, fikrim qarışıqdı. Mən heç dəliyə oxşayıram ki, deyirsən Allah
şəfa versin?!
– Vallah, nə deyim. Dəlinin bəyəm buynuzu olur ki? Məsələn, canım sənə desin,
indi o qədər əxlaq pozğunu, fahişə-zad çoxalıb ki, adam az qalır anasından da
şübhələnsin. – Gülür.
Mən də gülümsəyərək cavab verdim:
– Eeehh, kefin, deyəsən, sazdı sənin. Şübhən var, get anandan soruş də.
Güzgüdən mənə işarə eləyib gülümsəyərək dedi:
– Dəli bəyəm özünə dəli deyir ki?!
Nə bilim, bəlkə də, haqqı var idi. Bəlkə də, elə hamımız bir az dəli, bir az da fahişəyik!
Xəstəxanaya çatmışdım. Sağollaşıb maşından düşəndə sürücü dedi:
– Boynuna al!
Sadəlövh kimi dedim:
– Nəyi?
– Dəliliyi.
Oğraşın balası məni ələ salmışdı. Qapını çırpıb xəstəxanaya tərəf yola düşdüm.
Sürücü qapını elə bərk çırpmağımdan narahat olub, başını pəncərədən çıxarıb bağırdı:
– Gördün, dedim, dəlisən də!
– Hə, dəliyəm, mən dəliyəm! Sür, sür get işivin-gücüvün dalınca.
Lap əsəbiləşdirmişdi məni. Dəli ilə əsəbi insanın arasındakı fərq bir tük qədərdi.
Narahat-narahat Əhmədi axtarmağa başladım. Həyətdə tapmadım deyə həkimin
otağına tərəf getdim. Tibb bacısından həkimi soruşdum. Dedi, otağındadı. Otağının
qapısını tıqqıldadıb içəri keçdim. Həkim mizin arxasında oturmuşdu. Yaxşı baxdıqda o
da bir növ ağ paltar geyən dəliyə oxşayırdı. Dedi:
– Buyurun.
– Salam, doktor!
439