Page 435 - "Yeni söz"
P. 435
– Qurtardı? Sayman Aruz. İkinci mərtəbəli dəli
– Bəli, ağa. İndi qələmi ver imzalıyım.
Qələmi məndən alıb, kağızı öz tərəfinə çəkdi və yazının altında iki birləşmiş ürəyin
şəklini çəkdi. Bir ox da o iki ürəyi deşdi. Altından da iki qətrə qan tökülürdü. Çox maraqlı
dəli idi. Sonra da şəklin altında nəsə qaraladı və qələmi mənə tərəf uzatdı:
– İmzaladım!
– Hə, bildim. Gözəl imzadı.
– Çox sağ ol, ağa. İndi olar, bizim evimizin telefon nömrəsini də yazasan? Birdən
Leyla zəng eləmək istədi; adımı da yaz.
– Olar, de.
– 456 85... adım da Əhməddi.
– Bəs, Leylanın ünvanı?
– Təbriz, Küçəbağ məhəlləsi. Evlərinin nömrəsi də 25-di. Həkim gəlməmiş mən
çıxım gedim.
– Yaxşı, narahat olma. Aparıb verərəm.
Əhməd durub əyilə-əyilə qapını açıb getdi. Olanlar məni bərk təəccübləndirmişdi.
Bir dəlinin bizlərə və başqa dəlilərə olan münasibəti mənimçün çox maraqlı idi.
Fikirləşdim mütləq aparıb məktubu Leylaya çatdıracam. Doğrusu, Leylanın kimliyi mənə
də maraqlı idi. Həkimi gözləmədən ayağa durub məktubdakı ünvana tərəf yola düşdüm.
Küçəbağ məhləsinə çatmışdım. Bu məhlə Təbrizin ən qədim məhlələrindən
sayılırdı. Dar küçələr və klassik insanların birləşməsindən yaranan bu məhlədə, eyni
zamanda çox qısqanc və qəlbiqaralıq da var idi. Küçəyə bir qərib girən kimi, hamı onu
nəzarətə götürür, hara və niyə gəldiyini öyrənməyə çalışır. Vay o günə ki, Küçəbağ
məhləsində bir qıza vurulasan. Qızı görmək üçün gərək təpik və yumruqlarla dostluq
elan edəsən.
Soraqlaşa-soraqlaşa gəlib Əhmədin dediyi ünvana çatdım. Dar bir dalanın ən
axırıncı qapısı idi. Rəngi tökülmüş, əzik-üzük bir qapı. Bilmirdim qapını nə adla döyüm.
Nə deyərdim? Deyərdim, qızınıza bir naməhrəm oğlandan məktub gətirmişəm? İt kimi
döyərdilər məni. Bir fikir ağlıma gəldi. Küçənin başında iki oğlan uşağı velosiped
sürürdü. Onlara yaxınlaşıb soruşdum:
– Uşaqlar, siz Leylanı tanıyırsız?
Uşaqlar dedilər:
– Hansı Leylanı? Əzizin bacısını?
– Qardaşını tanımıram. Təxminən 25 yaşı ola gərək.
– Yox, Əzizin bacısının 10 yaşı var.

435
   430   431   432   433   434   435   436   437   438   439   440