Page 437 - "Yeni söz"
P. 437
hafizəçilər vardı. Uzaqda bir-iki dəli qadın da gözə dəyirdi. Artıq hamını dəli kimi Sayman Aruz. İkinci mərtəbəli dəli
görürdüm. Adam hərdən elə bilir dünya dəlilərin sürgün olunduğu, nəzarət altında
saxlandığı, mükafatı və cəzası bol olan bir yerdir. Lap bu dəlixana kimi.
– Salam!
Diksinib arxaya döndüm. Əhməd başımın üstündə dayanmışdı. Ayağa durub
Əhmədə tərəf döndüm.
– Salam Əhməd. – dedim – Necəsən?
– Çox sağ ol, ağa. Məktubumu Leylaya verdin?
– Leylanı tapa bilmədim. Ünvanı səhv vermişdin. Məni ananın yanına yollamışdın!
– İndi elə bilirsən mən dəliyəm?
– Yox, yox! Sadəcə, dedim, bəlkə, yanlışlıq olub, Leylanın düzgün ünvanını versən,
aparıb məktubu çatdıraram.
– Leylanın düzgün ünvanını bilsəydim, özüm aparıb verərdim də, ağa! Sənə niyə
əziyyət verirdim ki?
Deyəsən, mən də yavaş-yavaş dəli olurdum.
– Necə? Leylanın ünvanı yoxdu?
– Heç, ağa. Bir ünvan var... gəl onu verim, sən apar məktubu ver ora. Yaxşı, ağa?
– Yaxşı.
Məktubu çıxarıb skamyanın üstünə qoydum. Qələmi köynəyimin cibindən çıxarıb
dedim:
– De yazım!
– Yaz, ağa. Qarabağlılar məhəlləsi, Həsən küçəsi, nömrə 53.
– Bax ha. Bu dəfə ünvan düz olmasa, day aparmayacam.
– Düzdü, ağa.
– Yaxşı, mən getdim!
Yola düşdüm. Bu məsələnin axırına çixmaq istəyirdim. Ürəyimdə dedim, “hara kimi
getsə, gedəcəm!”
Bir azdan artıq Qarabağlılar məhləsindəydim. Buranın da özünəməxsus ləhcə və
həyat tərzi var idi. Ümumiyyətlə, Təbrizi yığma bir şəhər də adlandırmaq olar. Hər
məhlənin özünəməxsus ləhcə və mədəniyyəti var. Bu məhlə də çox qəlbiqara və dindar
bir yer idi. Ehtiyatla ünvanı axtarmağa başladım. 50..51...52...və 53. Tapdım. Köhnə bir
taxta qapı idi. Ancaq dalanın dibində deyil, düz yolun qırağındaydı. Ev divarının həmən
yapışığında bir market var idi. İçəri girib soruşdum:
– Bağışlayın, mən Leyla xanımgilin qohumlarındanam, uzaqdan gəlmişəm. Bilmirsiz,
hansı qapıdı onlarınkı?
437