Page 436 - "Yeni söz"
P. 436
nc yazarların ədəbiyyat almanaxı

– Bəs, bu dibdəki qapı kimin evidi?
– Ora Lalə xalagilin evidi. Tək arvad idı. Üç-dörd il olar rəhmətə gedib. Qızı yoxdu.
Bir oğlu var, o da deyillər dəlixanadadı.
– Həəə, bildim. Çox sağ olun.
Çox maraqlı idi. Deməli, Əhməd məni öz evlərinə yollamışdı. Leyla bu evdə
yaşamırdı. Ürəyimdə dedim “bəlkə, heç Leyla deyilən bir varlıq yoxdu və Əhməd,
doğurdan da, dəli idi. Leyla isə onun xəyali sevgilisidi!” Bu fikirlərlə evə qayıtdım.
Səhərə kimi, demək olar ki, yatmadım. Bu olanlar mənə yuxu kimi gəlirdi. Səhərin tez
açılmasını gözləyirdim ki, dəlixanaya gedib Əhmədlə görüşüm.
Səhər yuxudan durub ağzıma bir tikə çörək qoyaraq tələm-tələsik yola düşdüm.
Avtobusla uzun bir məsafə qət eləməli, daha sonra isə bir neçə dəqiqə piyada getməli
idim. Avtobus dörd yolda bir az da tıxaca ilişdi. Hər tərəfdən siqnal səsi gəlirdi. Avtobus
sürücüsü başını pəncərədən çıxarıb bağırırdı:
– Ay dəli, niyə siqnal verirsən?
Sol tərəfdəki maşının sürücüsü isə bağıraraq cavab verdi:
– Dəli sənin nəslindi! Bu nə cür maşın sürməkdi? Sənin kimiləri gərək dəlixanaya
aparalar!
Avtobusun sürücüsü başını içəri salıb dilinin altında söyməyə dəvam elədi:
– Dəli köpəyoğlu, dəli. Siqnal verən bu, dəli kimi sürən bu, hələ mənə dəli deyir.
Vallah, bu millət qudurub. Başı xarab olub. Axşama kimi sükan arxasında it kimi yoru-
luram, axırda da itin qabağına atılan pulu mən qurumsağa verirlər. Bu səs-küylər, pul-
suzluq adamı dəli eliyir. Bir dənə də belənçik dəli adamın qabağına çıxanda, day adam
bilmir, haranın daşını başına salsın. Lap dəli oluram. Şəhər deyil ki, dəlixanadı bura.
Yarısı dəlidi, yarısı da dəlibaz. Səhəri belə olanda, gör axşamı necə olacaq. Hələ mənə
dəli deyir, eşşəyin balası. Əh!
Şəhərə baxışım dəyişilməyə başlamışdı; gözlərim sanki indi görmürdü şəhəri.
Doğrudan da, görmək, baxmaq və müşahidə etməyin arasında fərq çox imiş.
Dəlixanaya çatdım. Dəlixananın qapısından dəlilərin yığışdığı salona çatana kimi
ürəyim partladı. Salonda Əhmədi axtarmağa başladım. Tibb bacıları məni tanıyırdılar;
biri yaxınlaşıb “həkimi axtarırsan?” – deyə soruşdu. Dedim Əhməd adında bir xəstəniz
var onu axtarıram. Dedi:
– Əhmədə dünən gecə dəlilik elədiyinə görə dərman verilib; ona görə də yatıb, bir
azdan ayılacaq.
Gedib həyətdəki oturacaqlardan birinin üstündə oturub gözlədim. Bir para dəlilər
həyətdə havalı-havalı gəzirdilər; bəzilərinin əlləri bağlı idi, bəzilərinin yanında isə

436
   431   432   433   434   435   436   437   438   439   440   441