Page 431 - "Yeni söz"
P. 431
Qırmızı şərfini düzəldərək, qollarını kişinin boynuna dolayaraq, zoğalı laklı Sahilə İbrahimova. Qaçırlar
barmaqları ilə onun üzünü oxşayaraq:

– Qaçmaq istəyirsən qaçaq, – dedi saçıboyalı qadın üzündə məmnunluqla.
Adamlar avtobusa doluşdu. Saçıboyalı qadın məmnun üzlə birinci sıradakı yerini
tutdu. Arzu onun qırmızı şərfinə baxdı. Sürücü ayağını qaza basdı. Maşının sürəti artdı.
Ağaclar arxada qalmağa başladı. “Kişilər qaçır. Onlar qaçır. Qaçır…” Arzu düşündü. Onun
on iki yaşlı cılız bədənini qəribə qorxu, anlaşılmaz bir kədər bürüdü. Qulaqlarında oğlu
ölmüş kişinin ağac dibində saçıboyalı qadına dediyi sözlər səsləndi – “o, çox danışır. O,
danışır. Danışır… Baş götürüb qaçmaq istəyirəm.” Anlaşılmaz kədər Arzunun boğazına
tıxandı. Qız narahatçılığını azaltmaq üçün bir şey demək istədi. Lakin nəsə onu saxladı.
Boynundakı şərflə ağzını bağlayıb susdu, anasına sığındı.

431
   426   427   428   429   430   431   432   433   434   435   436