Page 427 - "Yeni söz"
P. 427
Sonra necə oldusa, birdən-birə qaranlıq düşdü. Sofi buludların içində yoxa çıxdı. Ömər Xəyyam. Hekayə
Nəzarətçilər Kanın gözlərini qara parçayla bağlayıb sallaqxana qoxulu otağa saldılar.
Sofi Kanın başını sinəsinə sıxıb saçlarını oxşamağa başladı.
Sonra güllə səsi eşidildi, Sofinin çiyinlərinə qonan kəpənəklər uçub getdilər.
Sonra yenə qaranlıq düşdü.
Dustaqxana rəhbəri İgi əl çalmağa başladı. Ommanın səsi eşidildi:
– İndi romanını yaza bilərsən. Tezliklə bütün dünyaya səs salacağına inanıram. İgi
əmi, səndən yaxşı ssenarist çıxar. Yaxşı düşünmüşdün.
Patrik gülləni Kanın sol çiyni üzərindən atmışdı.
Sofi Kanın gözlərindəki qara parçanı açdı.
– Ka, aç gözlərini, Ka, mənə bax, Kaaaaa!
– Nədi, yoxsa getmək istəmirsən evə, dostum? Xoşuna gəlib, deyəsən, bura?
– Omman, o, gözlərini açmır, lənətə gələsiniz, Omman, o, kor olub. Omman... Ah,
bədbəxt, bu da son. Bu da nağılın sonu...

427
   422   423   424   425   426   427   428   429   430   431   432