Page 424 - "Yeni söz"
P. 424
nc yazarların ədəbiyyat almanaxı

Hündürboy şəkli çıxarıb diliylə yaladı, Kanın gözünün içinə baxa-baxa tumanını aşağı
çəkdi, cinsiyyət orqanına sürtdü.

İlk kamera travması... Əsəbindən dişlərini bir-birinə o qədər sıxmışdı ki, ağız
boşluğuna qan dolmuşdu.

Hündürboy işini qurtarandan sonra qorxulu filmlərdəki manyak obrazlar kimi
gülməyə başladı və şəkli Kanın üstünə atdı.

Elə bil sevgilisini gözünün qabağında zorlayıb üstünə atmışdılar. Şəkli iki ovcunun
arasına alıb, əllərini Sofini qucaqlayırmış kimi başının altına qoydu.

Üçüncü gün sol qolu olmayanı iki nəzarətçi apardı.
Necə dəhşətli mənzərədi.
Təsəvvür eləyirsən?
İndi hər iki qoluyla müqavimət göstərirdi. Olmayan qolu da qalxırdı... Olmayan
qoluyla sonuncu ümidi bərk-bərk tutub nəzarətçilərə vermək istəmirdi...
Linqstounun vaxtından çox gec torpaqdan çıxarılmış kartofa oxşayan burnu
nəfəslikdə göründü. Ka onun səsinə oyandı.
– Professor, görüşünə gələn var, – dedi.
Nəzarətçilər bütün günü kağız-qələmlə həşir-nəşir olan Kaya professor deyirdilər.
Adətən lənət qapısında son günlərini yaşayanlarla görüşə icazə verilmirdi. Ka ağ
köynəyini geyinib qapını döydü.
Heç kim bilməsə də, özü bilirdi ki, günahı yoxdu. Fikirləşirdi ki, Ommanın əmisi
çağırıb. Son üç gün qalmışdı. Dəhlizin sonundan sağa dönüb, üzərində “Kənar şəxslərin
girişi qadağandır” yazılan otağa daxil oldular. Linqstoun Kanın əllərini açıb otaqdan
çıxdı. Bir dəqiqədən sonra qapıda uzun müddət görüşmədikləri dostu Vemian göründü.
Morqlandda gənclərin sevimli yazarı, anderqraund ədəbiyyatın ən yaxşı qələm
ustası Vemian əlindəki kitabı masanın üstünə qoyub, Kanı qucaqladı:
– Sən nə bildin mən burdayam?
– Ka, Omman dedi. Onun vəziyyəti heç yaxşı deyil. Son günlər heç kimlə görüşmür.
Bilirsən ki, valideynlərini uşaq vaxtı itirib. Çox çətindi. İndi də əmisi... Ən doğma insanı...
– Nə danışırsan sən? Ola bilməz? Bu nə zarafatdı? Əvvəldən danış, tələsmədən.
– Ka, Ommanın əmisi İgi iki gün əvvəl maşın qəzasında...
– Həmin bu dustaqxanın rəisi, Ommanın əmisi İgi ölüb, deyirsən?
– Hə.
Növbəti travma... Ən sonuncu ümidin öldüyü son...
– Ka, doğrusu, mən gözləməzdim səndən bu cinayəti, elə bilirdim heç kimin yoxdu.
Bütün yazılarını humanizmə, insanlıq notlarına kökləmiş adamın bacısını öldürməyi

424
   419   420   421   422   423   424   425   426   427   428   429