Page 420 - "Yeni söz"
P. 420
nc yazarların ədəbiyyat almanaxı
– İdeya var beynimdə, tam hazırdı. Qalır bəzi detalları real yaşamaq.
Ka gənc yazardı. Tək yaşayır. Morqlandda yüzlərlə gənc yazı-pozu adamından biridi.
Özünün xəbəri yoxdu, amma əsl roman obrazıdı. Kirayə qaldığı ev zirzəmi
nəşriyyatlarının anbarını xatırladır. Dəftər-kitab, posterlər. Tualetin divarlarını yapışqanlı
kağızlar bəzəyir. Hobbisi tualetdə oturmaqdı. Özünün də dediyi kim, ən yaxşı cümlələri
orada tapır, elə həmin dəqiqə kağıza köçürüb yapışdırır divara. Bu axmağı təsvir eləmək
özümü də yorur. Maraqlı bir əhvalat danışım. Ka sevgilisi Sofini tanış olduqları gün evə
dəvət etmişdi. Səhərdən axşama qədər sekslə məşğul olmuşdular. Sofi tualetdə
kağızlardan birini istifadə eləmişdi. İki gün sonra öyrənmişdi ki, Ka kağızlarda qeyd etdiyi
detalları əsərlərində istifadə edir. Həftəsonu sevgililər görüşəndə Ka çox əsəbi
görünürdü. Seks də alınmamışdı o gün. Sofi səbəbini soruşanda Ka: “obrazımın birini
itirmişəm”, – demişdi. Hələ bu harasıdı? Bizim dahi tualetə qaçıb bütün kağızları
qoparmış, hamısını unitaza atmışdı. Yarım saat sonra Sofi tualetə gedəndə divarda yeni
bir qeyd görmüşdü: “Nağılın sonu nağılı”.
Ka son günlər ancaq edamla bağlı sənədli filmlər izləyir, tarixi edam faktlarını
araşdırırdı. Özünü unudurdu. Real həyatdan uzaqlaşıb filmlərin obrazına çevrilir, real
insanları edama məhkum olunmuş qurbanlar kimi görürdü. Xəyalən yoldakı insanların
güllələnmə səhnələrinə şahid olurdu. Mətbəxdə xiyar doğrayarkən kiminsə başını
kəsən cəllada çevrilir, sonra hamamda əllərindən qan izini yuyurdu. Pulqabını
soyuducuda tapırdı, televizorun pultunu tualetdə.
Qəhrəmanımızın məqsədi güllələnmə, ya da edama məhkum olunmuş bir insanın
hisslərini yazmaqdı. Bu hisslər ona tamamilə yaddı. Yaşamadan yaza bilmir.
– İdeya var, sevgili var, qonorar alırsan. Yazmamaqda nədi problem? Tükənmisən
daha?
– Ay zibil, mən sənin kimi uydurmuram e, faktlara söykənən bir romandı.
Yaşamadan yaza bilmirəm. Qulaq as, sənin əmin kömək eləyə bilər axı mənə, hə?
– Dustaqlarla görüşmək istəyirsən? Bu, çətin məsələdi, güllələnməyə məhkum
olunmuşlarla söhbət eləmək qadağan olunub. Yenə də deyərəm mən. İnanmıram razı
olsun. Əksəriyyəti adamyeyənlərdi onların. Psixoloji problemli adamlardı. Elə bilirsən,
rahat-rahat hisslərindən danışacaqlar? Sənə lazımdı bu? Fahişələrdən yaz, sürücülərdən
yaz. Nə yapışmısan manyaklardan?
Kanın ən yaxın dostu Ommanın əmisi güllələnmə hökmü çıxarılmışların, bir neçə
dəfə ağır cinayət maddəsiylə uzunmüddətli cəza almışların saxlanıldığı “Qırmızı
düşərgənin” rəisidi. Ora Morqlandın “lənət adası” deyirdilər.
Lənət adasındakı dustaqları güllələyəndən sonra cəsədləri yandırırdılar. Həmin vaxt
Qırmızı düşərgədən yayılan tüstü buludları uzun müddət asimanda asılıb-qalırdı. Ölümə
420