Page 415 - "Yeni söz"
P. 415
tmən vuran kim, alaq eləyən kim, günün qızmarında özünü lilli arxa vurub camış kimi Na q Məmmədli. Sarı dana
ləhləyən kim. Bizim adımız çıxıb, elə onlar da danadılar ki durublar.

Krasnodar buğalarına ilişəndən sonra dünya mənim, mən də hamının gözündən
düşmüşdüm: ağırbatman öküzlər mənə yaxın gəlmirdilər, mən yanlarına gedəndəysə
“mö”ültülərini kəsib gövşək vururdular, mən aralanan kimi, təzədən öz aralarında
“mö”üldəşməyə başlayırdılar, tay-tuşum olan danalarsa mənimlə birdəfəlik “salam-
kəlamı” kəsmişdilər, ayrı otlayırdılar, ayrı su içirdilər, hətta təzəkləməyə də ayrı
gedirdilər, bircə dənə şeşən düyə hərdən altdan-altdan mənə sarı baxmağından
qalmırdı. Naxırçılarsa lap qəribə olmuşdular, birisi pırtlaşıq yulğun budağı kimi
vələdüzzina gözlərinə kölgə salan çatma qaşlarını çatıb günboyu məni izləyirdi, o birisi
Krasnodar cöngələrinin yatdığı tövlənin qabağında səhərdən-axşama çiynində
xəkəndazı müsəlləh əsgər kimi dayanıb keşik çəkirdi, naxırçılığa təzə başlayan və
gələcəkdə üstlərinə hopacaq təzək iyini nəsildən-nəslə şərəflə ötürərək bu qədim
sənəti ölməyə qoymayacaq gədələr isə elə hey ora-bura qaçır, nəyisə itiləyir, nəyisə
yağlayırdılar. Əslindəsə mənim faciəli qətlimə hazırlıq gedirdi… Parlayan hər gün,
közərən hər ay məni ölümə bir qədər də yaxınlaşdırırdı. Təbii ki, mən bütün bunları
öləndən sonra bildim.

Nəhayət, o gün gəlib çatdı. Bu, şeşən düyənin zorlanmasından iki gün əvvələ düşdü.
Naxırçı gədələr böyür-başıma keçib kürəyimi sığallayırdılar, cod barmaqlar hələ də yazın
ilığında xumarlanan dərimin üstündə gəzişdikcə ətim ürpənirdi, birdən kimsə
ayağımdan tutmaq istədi, məndən əvvəlki danalar belə vəziyyətdə necə hərəkət
ediblər bilmirəm, mən ayağımı ələ verməyib təpik atdım. Sonra bu, bir neçə dəfə
təkrarlandı, asanlıqla yıxılmaq istəmirdim, bəlkə də, yıxılardım, amma bunun səbəbini
düzəməlli başa salan yox idi. Bu boyda naxırın içində niyə məhz mən? Qan-tərə batan
gədələrin bacara bilməyəcəyini görən naxırçıların səbri tükəndi. Krasnodar cöngələrinin
“müsəlləh əsgəri” əlindəki xəkəndazı bu dəfə kürəyimə yox, başıma endirdi, gözlərimə
qaranlıq çökdü, mənim yerimdə hansı dana olsaydı, bu zərbədən elə yerindəcə
böyürmüşdü. Ayaqlarımı artıq ələ keçirmişdilər, yıxılmaq ərəfəsindəydim, gözlərim
ağzını otdan ayırıb mənə sarı baxan şeşən düyənin nəvazişli baxışlarına sataşanda
hardansa ayaqlarıma güc gəldi, gədələrə babat təpik ilişdirdim, hərəsi bir tərəfə sərildi,
gözləri dörd olan naxırçı xəkəndazını havada hərləməyə macal tapmadı təzə çırtlamış
buynuzlarımı onun qurşaqdan aşağısına tutuzdurdum. Kişinin gözləri eynən yad
cöngələrinki kimi təzə dəymiş gilənarın qırmızısına çevrildi, elə bildim böyürəcək,
amma o böyürmədi, yalnız mənim və özünün qulaqlarına çatacaq boyda zarıdı, “oy,
mama” dedi. Axı o niyə böyürmədi? Kaş ki buynuzlarım bekara böyük olardı, onda
görəydi bu otlaqlar necə danalar yetirir.

415
   410   411   412   413   414   415   416   417   418   419   420