Page 410 - "Yeni söz"
P. 410
nc yazarların ədəbiyyat almanaxı
ruhundaca həzm etmişdi. Və bütün bu olanlardan sonra Nəccar üçün açılmayacaq qapı
yoxuydu sanki.
Şəhərdə olanlar qulağına gəlib çatmışdı və atını yəhərləyib yola qoyulmuşdu.
...Üzündə həyəcan olsa da, sanki xoşbəxtlik yayılır gözlərindən. Özünü həvarilərə
çatdırır. Atdan atılıb düşür, lap cavan oğlan kimi. Adamlar onu görüb dayanır. Bu,
şəhərin hamılıqla tanıdığı dülgər, hər kəsin hörmət və izzətlə qarşıladığı həlimxasiyyətli
qocadır. Nəccarı indi eşidərlərmi, görəsən?
– Ey camaat, durun! Siz nə etdiyinizi bilirsinizmi?! Onlar Allahın dostlarıdır. Onlar
yeni rəsulun, İsa bin Məryəmin dostlarıdır. İtaət edin onlara. Onların gəlişiylə Allahın
rəhməti endi üstümüzə. Allah oğluma can verdi, şəfa verdi. Bax bu gördüyünüz adamlar
toxunmasaydı, arzulamasaydı, yəqin ki, ömrü boyu xəstə yatağında qalacaqdı oğlum.
Allah inayətini, şəfaətini üstümüzə endirib. Haqq qapınıza gəlib çıxmışkən, itaət edin
onlara.
Bəlkə də, kimsə insafa gələcəkdi. Ancaq bu qaragüruh camaatın içində zərrə belə
işıq görünmürdü. Gözlər qapqara qəzəb saçır. Qaşların arasına yığılan qəzəb
barmaqların ortasında sıxılıb gərilir. Əllərinin içində sıxdıqları cansız daş kimi ürəkləri
də buz kəsilir. Və daşlar yağış kimi havanı kəsib-keçir. Və dəyirmi şəkildə dövrə vurur.
Sanki yerdən göyə yağış yağır...
Səsləri çıxırmı, görəsən? Piterin, Paulun? Nəccarın?.. Qan, dedikləri kimi, torpağa
qarışır. Və saatlar sonra daşların arasında çətinliklə sezilən üç qırmızı nəşin qarışdığı
sükunətli torpaqdan yarpaq xışıltısı qədər inilti də eşidilmir.
410