Page 406 - "Yeni söz"
P. 406
nc yazarların ədəbiyyat almanaxı
etdiyini bilməsə də, əllərini, ayaqlarını tərpətmədən uzun-uzun nələrsə danışırdı. Və
yavaş-yavaş hər şey keçib-getdi... Bir müddətdən sonra, nəhayət, ayağa qalxdı.
Yenə əlinə yapışmış, ağzı kobud, iri baltasını götürüb dağın ətəyi boyu meşəyə enir,
işinə yarayacaq qalın, böyük ağacları torpağa aşırıb iplə möhkəm-möhkəm bağlayır və
sonra atın yükünü hazırlayır. At belinə yüklənmiş ağacları çır-çırpılı, otlu, quru torpaq
üzərində sürüyüb meşəni çıxır, yüksəkdəki geniş, açıq sahəyə qədər tab gətirir. Nəccar
yuxarıdakı sıldırım, qumlu qayalığı ancaq özü keçə bilərdi. O, ağacları mağaranın önünə
gətirib çıxarır və balaca, alçaq daxmanın arxasında uzun olanları üst-üstə qolaylayır,
hazır olanları isə içəri keçirir. Sonra bu balaca daxmadan taxta, çəkic səsləri gəlir. Nəccar
günorta gün döyənə qədər işləyir və hazır, satılacaq mallarını götürüb şəhərə üz
tuturdu. Axşama qədər atı onu geriyə, yuvasına qaytaracaq və o, xəstə oğlu üçün
yeməyə nəsə gətirəcəkdi… Günlər keçdi. Nəccarın oğlu gün-gündən pisləşir, elə bil
torpağı arzulayırdı. Nəccar isə qocalırdı. Saçları bir az da ağarmışdı. Və günlər keçdikcə
o, ölümdən uzaq, pak, tər-təmiz nəyinsə yaxınlaşdığını hiss etdi. Ağacların üstündə
sanki doğma bir quş ümidlə, təravətlə oxuyurdu. Dağa yeni, təptəzə bir səs gəldi. Külək
elə bil səmtini dəyişdi. Və günlər keçdikcə Nəccar daha da yaxşılaşdı. Bu yaxşılığa doğru
olan dəyişiklik onun köksündə kiçik bir közərti kimi qızarıb qalmışdı. Və bu közərti onun
ayağının ağrısına qarışmışdı. Ara-ara sızıldayan ağrıya. Oğlunun çarəsiz halına ümidli
ehtimalı da həmin közərtinin içində qığılcım kimi işarırdı. Nəccarın gözləri işıqlaşdı. Və
bu ümid dolu işartı sonsuza qədər onun gözlərindən çəkilib getmədi…
Bir gün Nəccar iki nəfər adamla qarşılaşdı… Meşədə işini tamamlayıb dağa çıxmağa
hazırlaşır. Atı yükləyib, oturub dincini alır. Günortanın sərin mehi meşədə gəzir. Ağ
buludlardan başqa, heç nə görünmür. Quşların səsindən başqa, heç nə eşidilmir.
Sakitlikdir. Elə bu vaxt budaq qırıntılarına qarışmış quru yarpaq səsləri peyda olur. Narın
xışıltı qulaqlarına toxunub, elə bil gözlərində gəzir Nəccarın. Və başını səs gələn tərəfə
çevirir.
Bunlar otuz-otuz beş yaşlarında iki nəfərdir. Uzun saqqallarının kənarları sinələrinin
altında qollarına doğru dikəlib-durub. Biri nisbətən uzundur, qıvrım, sarımtıl saçlarında
elə bil şeh damcılanıb. Gözlərinə baxsaydız, yəqin, sizə elə gələrdi ki, gecə vaxtı ayın
işığına çıxmısız. Dərisi isə qarabuğdayıdır. O biri alçaqtəhər, bədəndən bir az doludur
və düz saçları da yumru başının arxasından, qulaqlarının üstündən söyüdün uzun
yarpaqları kimi sərgərdan sallanıb əyilir. Uzun,solğun libasları var. Birincisinin adı Pi-
terdir. Yaxud Peter, ya da Petrus. Görünür, şəhərə tərəf gedirlər. Nəccar meşədə neçə
illərdən bəri ilk dəfə yad adam görürdü. Bəlliydi ki, bunlar şəhərin sakinləri deyillər.
Başqa yerin, başqa yurdun adamlarıdır. Nəccarın oturduğu yerə çatırlar və üzlərindən
406