Page 404 - "Yeni söz"
P. 404
nc yazarların ədəbiyyat almanaxı

heyvanlarla, göylə və mağaradakı sakinləri ilə həmsöhbət olan bu mübhəm, susqun
dağın ucqarında ata-oğul tək-tənha və ümidlə yaşayırdı.

Xanımını isə o, hələ gənckən itirib. Susuz-çörəksiz çağlarda şəhəri bürümüş
amansız yatalaq ucqar kəndə də gəlib çatmışdı və Nəccarın gənc, yetişməmiş yuvası
bu bəlaya təslim oldu. Yuva tumurcuqları şaxta vurmuş ağac kimi quruyub məhv oldu.
Nəcccarın ilk yuvası torpağı arzulamışdı və o, xanımını dəfn etdiyi həmin günlərdə
heçliyin özündən peyda olan güclü, alovlu, yandırıcı bir tənhalıq hiss etdi. Ruhu tir-tir
titrədi. Ancaq necə oldusa, gənc kimsəsiz qəhrəman həyatı, çoxluğu, tündlüyü tərk edə
bilmədi. Və bütün çəkdiyi əziyyətləri, ruhi təlatümü ağaclardan, taxta fiqurlardan
yaratdığı, hələ ki, məramsız görünən sahibsiz ruhundaca yatızdırdı. Bütün gücü-taqəti
meşələrdə, dağlarda və balaca, gün düşməyən, dərin, çox dərin fikirlərlə boyanmış,
sakit daxmasında əriyib-tükəndi. Bir yandan azyaşlı, cüzamlı ürəkparası, bir yandan da
yeni dəfn etdiyi, evinin keçmiş göyərçini... Bir müddət sonra o, dülgərlikdən əl çəkdi.
Daxmasına gələn alıcılardan biri onun ruhunu qamarlayıb ağlını əlindən aldı, “gedək
şəhərə”, – dedi. Zamanını keçmişin sıxıcı məhkumiyyətindən çıxart və bütlərə ibadətini
tamamla, onlara sədaqətinin bar verib çiçək aça biləcəyi yurda gəl! Elə belə də dedi.
Və dülgər – uşaqlığından taxta şey-şüylərin, ağacların arasında böyümüş bu güclü,
cavan, ağıllı dülgər bütün köhnə, boğucu hisslərini, işini, məhkumiyyətini (o zamanlar
dülgərlik onun üçün belə görünmüşdü) atıb şəhərə getdi. Şəhərdə çoxlu icmalar, onlar-
la bütün arasında keçən soyuq, daş ibadətlər və qədim adətlərin həndəvərində bərkiyib
möhkəmlənmiş qopqoca tanrılar varıydı. Sehrli, ovsunlu bütlərin bəxş etdiyi təman-
nasız, səmimi ibadətlər sanki şəhərin gömgöy tavanına, günəşli səmanın bütün zərrə-
lərinə hopmuşdu. Nəccar ruhunu qurtardı. Çünki artıq xoşbəxt idi və əzab-əziyyət nədi,
bilmirdi. Xanımı ölərkən çəkdiyi bütün ağrı-acını, daxmanın altındaca keçən fikirli,
qayğılı, məramsız və boğanaq günlərin ruhunda iz qoyan odunu-alovunu Allahın
nəfəsiylə əridib yoxa çevirdi. Yox. Tanrının. Balaca, iri, növ-növ, çeşid-çeşid bütlərin,
tanrıların soyuq, ofsunlu, ancaq doğma, təmannasız nəfəsiylə. Bütlər ondan nə
istəmişdi, heç nə. Bu heçliyin əvəzində o, bütün narahatlığını ruhundan süpürüb atan
bu dilsiz, soyuq tanrılarına minnətdar idi. Və dua edirdi. Hər şeyin gün-gündən yaxşı
olacağına inamla, yalnız oğlu və özü üçün əllərini bir-birinə bağlayıb itaətlə əyilirdi.
Nəccar o zamanlar bunun başqa cür ola biləcəyinə inana da bilməzdi. Ona bu dilbilməz
bütlərdən başqa, kim kömək edə bilərdi ki? Gün-gündən yaxşılaşdı, gözlərinin ağı sanki
tər-təmiz təzələndi, bütün qızartılar, qaranlıqlar çəkilib getdi... Ancaq indi hüzur, hüzur,
hüzur çoxaldı. Və rahatlıq boğdu onu. Günboyu ruhundan qopmayan ibadətlərin
ardından sübh açılana qədər gözüaçıq, yuxusuz oturduğu ilahi səltənət birdən-birə onu

404
   399   400   401   402   403   404   405   406   407   408   409