Page 399 - "Yeni söz"
P. 399
Evə qayıtdı. Musa Əfəndi. Xoşbəxtlik axtarışında
İçəri girəndə televizor açıq idi, film gedirdi. “xoşbaxlıx... xoşbaxlıx” – Moşu hələ də
xoşbəxtliyə qafiyə axtarırdı.
“Moşu xoşbəxt şairdir, mən hələ uşaq olanda bu film çəkilmişdi. Üstündən neçə il
keçib, Moşu hələ o vaxtdan xoşbəxtliyə qafiyə axtarır, deməli, o xoşbəxtdir. Xoşbəxtliyin
özünü tapıb, indi isə qafiyəsini axtarır. Mən hələ xoşbəxtliyin nə olduğunu bilmirəm” –
bu düşüncələrlə otağına qalxdı. Yatağına uzandı. Nə üçün durğun olduğunu, kefsizliyinin
səbəbini gündəliyində axtarmağa başladı. “Bu gün babamın nənəmə yazdığı köhnə
məktubları tapdım. “Saçların payız sarısı” adlı şeirdən başa düşdüm ki, nənəm
gəncliyində sarışın olub. Mən gözümü açandan bəri isə onun saçlarına qış çoxdan
gəlmişdi və qarını da yağıdırmışdı. Yəqin, babam hələ də sevir və onlar xoşbəxtdirlər”.
Gündəliyində də heç nə tapmadı, bir-iki səhifə də oxudu, yenə heç nə tapmadı. Bir
neçə tanış addan başqa. Gündəliyini silkələməyə başladı, bəlkə, xoşbəxtlik vərəqlərin
arasından düşər deyə... Anası onu çağıranda gündəliyindən çarpayıya bir dənə də
xoşbəxtliyin düşmədiyini başa düşdü.
Atası işə maşınla gedirdi, onu da yolüstü məktəbə aparacaqdı. Bu dəfə də elə oldu...
Yolda Murad atasından soruşdu:
– Ata, bu dövrdə ən xoşbəxt adamlar kimlərdir?
– Varlılar, Murad, varlılar...
– Kasıblar niyə xoşbəxt deyil?
– O ağacları görürsən? – atası bir qədər susduqdan sonra barmağı ilə iki yol arasına
basdırılmış ağaclara işarə edib dedi, – bax, kasıb insanlar da o ağac kimidir. Onlar yol
ortasında əkilmiş ağaclara bənzəyirlər, biz irəli gedirik, onlar tərpənmirlər, yerlərində
sayıb yoldan keçən bahalı maşınlara baxırlar. Baxıb tərpənə bilmədikləri üçün
tozlanırlar, quruyurlar bu ağaclar kimi.
– Amma yolun o tərəfinə baxsalar, bizim getdiyimiz istiqamətin əksinə gedən
maşınlara baxıb xoşbəxt ola bilərlər, hə?
– Yox, hər iki halda, onlar yerlərində sayırlar, tərpənə bilmirlər... Gərək arxan olsun,
sərt arxan olsun, ayağından çəkən yox...
Sükutu məktəbə çatanda ibtidai sinifdə oxuyan uşaqların səsi pozdu. Murad
maşından düşüb siniflərinə getdi. Dərsin ortasında yanındakı partanın boş olması onun
diqqətini çəkdi. Parta yoldaşının kim olduğunu xatırlamağa çalışsa da, bu, onda
alınmadı. Dərs qurtardı, onların məktəbi dağın ətəyində idi, hər gün olduğu kimi, bu
gün də dağa çıxmağı və oradan kəndlərinə baxmağı qərara aldı.
399