Page 398 - "Yeni söz"
P. 398
nc yazarların ədəbiyyat almanaxı

Xoşbəxtlik axtarışında

Y əqin, insanlar öldükdən sonra onların kölgələri bu dünyada qalır və
gecələr – ölən insanların kölgələrindən yaranıb. Yenə kölgələr elə bil
onun otağına yığışmışdı – gecə idi, kiçik və zəif buludlar böyük və güclü
günəşi gizlədə bilmişdi.
Dünən gecə olduğu kimi, bu gün də Murad öz səsinə ayıldı. Qorxmuşdu, tərin içində
idi, ayılanda qorxduğunun fərqinə varmışdı, bir də onu anlamışdı ki, bu, onun sonuncu
yuxusudur... Saat altı olardı, durdu, pəncərəsinin pərdələrini yana çəkdi. Günəş işıqları
onun otağına girib kölgələri öldürmək üçün bir-birilərini itələyirdilər. Görünür, Muradın
səsindən buludlar da qorxmuş, günəşin qarşısından çəkilmişdilər.
Otağı çardaqda idi, geyinib aşağı düşdü. Nənəsi namaza oyanmışdı.
– Nənə, xoşbəxtsən? – Murad hələ də yuxusunun təsirində idi, başqa vaxt belə
qəribə suallar verməzdi. Yuxuda inandığı mələklər və uydurmalarında canlandırdığı
sevgililəri birləşib onu lənətləmişdilər – o, bir də xoşbəxt olmamağa məhkum edilmişdi.
– Xoşbəxtəm, bala. Uşaqlarım, sənin kimi nəvələrim var. – Murad “niyə” sualını
vermədi, o, başa düşdü ki, nənəsi nəvə sidiyinin ən şirin duyğu olduğunu artıq qəbul
edib. Amma Murad bununla qane olmaq istəmirdi, heç niyə belə qəribə sual verdiyini
və nənəsinin bunu təəccüblə qarşıladığını da hiss etmədi. O, yalnız xoşbəxt olmaq
istəyirdi.
Evdən çıxdı, nənəsi isə təsbeh çevirirdi. Küçələrinin o biri tinində, qonşuluqda
yaşayan sərxoş Vovanı gördü. O, arağın təsirindən hələ ayılmamışdı və deyəsən, buna
görə də arvadı Mariyanın onu niyə evə buraxmadığını qavraya bilmirdi.
Murad yaxınlaşıb:
– Vova dayı, xoşbəxtlik necə olur?
– Xoşbəxtlik rənglidir, – Vova dedi, – hə, hə, mən onu görmüşəm, rənglidir...
Rəngli, göyqurşağı, yağış... – Murad bu üç sözü beynində çevirərək gəzişməyə
başladı. Qurbağanın suya atılanda çıxardığı səsdən ayılanda gördü ki, gəzib evlərindən
beş yüz metr aralıda olan kiçik gölün yanına gəlib. Rəngli, göyqurşağı, yağış... – bu üç
söz hələ də beynində idi, birdən sanki yuxudan ayıldı, qurbağaları daşlamağa başladı.
Uşaq vaxtı bu gölə gəlib qurbağaları öldürərdilər ki, yağış yağsın, göyqurşağı çıxsın.
Onlara elə gələrdi ki, qurbağalar mələklər üçün şahzadələrdir və mələklər onları
öpəndə onlar əsl şahzadəyə çevrilirlər, qurbağalar öləndə isə mələklər ağlamağa
başlayır və yağış yağırdı. Beşinci qurbağanı öldürəndə dayandı, öz xoşbəxtliyini
başqalarının ölümü üstündə qurmaq ona xoş gəlmədi, axı qurbağalar da əslində
şahzadələrdirlər.

398
   393   394   395   396   397   398   399   400   401   402   403