Page 396 - "Yeni söz"
P. 396
nc yazarların ədəbiyyat almanaxı
uşaqları buraxdıqlarına görə onlara “çox sağ ol” demək istədim. Gözümə oğlanın
üzündəki xal ləkəsi sataşdı. Mənə elə gəldi ki, bu ləkə oğlanın göz yaşıdır, həmin gündən
onun yanağında donub-qalıb. Sinif yoldaşım kürəyimdən itələdi. Qapıdan çıxanda
gözüm nəvəni axtardı, tapmadı. O, qarışıqlıqda gözdən itmişdi.
***
Böyümüşdük, aradan çox sular axmışdı. İndi nə Süliddindən qorxurduq, nə Ramal-
dan. Qorxmağa bir şey də qalmamışdı. Cavan yaşında ahıl kişiyə oxşayırdılar. Dişləri
tökülüb, belləri bükülmüşdü. İkisi də türmədə yatıb çıxmışdılar. İşsiz-gücsüz, səfil-
sərgərdan günündə ondan-bundan siqaret dilənirdilər.
Məhəllə çayxanasıydı. Bir-iki dostla oturmuşduq. Süliddin əvvəl siqaret üçün bizə
yaxınlaşdı, dilucu “gəl otur” deməyimizə peşman olduq. Stul çəkib çayçıya səsləndi:
“Ordan bir stəkan!” Xeyli söhbət elədik. Aranı dağa, dağ arana daşıdıq. Sülü – biz artıq
onu belə çağıra bilirdik – əvvəl stoldakı bahalı siqaretlərdən çəkdi, sonra “sinəmə
yatmır” deyib keçdi ucuzlara. Biz söhbətdən yorulduq, amma o, siqaretdən doymadı.
Gecə düşürdü, əvvəl evlilərə, sonra subaylara zəng gəldi. Yavaş-yavaş qalxmaq lazım
idi. Nə qədər özümü saxlayıb köhnə palan içi tökmək istəməsəm də, axırda dözmədim,
Süliddindən həmin günkü əhvalatı soruşdum. O, arvada, uşaqlara edilən zülmə barmaq
boyda səbəb tapmaq məni əməllicə sakitləşdirərdi. Süliddin heç nə xatırlamadı. Əvvəl
inanmağım gəlmədi. İnanmadım ki, insan belə bir iş tutsun, sonra yadından çıxarsın.
Həmin gün olanların hamısını danışdım ki, bəlkə, yadına düşə. Arvadın əlindəki torbaya
qədər dedim. Torbanı xatırlamağım Süliddini güldürdü. Ha əlləşdi, heç nəyi yadına sala
bilmədi. Həyat eşqi çoxdan ölmüş gözlərini mənə zilləyib, dilsiz-ağızsız heyvan kimi
yazıq-yazıq baxdı. Uşaqlardan biri yerdən söz atdı:
– Sülü balacamı baladı? O vaxtı bunların əlindən həyətə çıxa bilmirdik. Bütün günü
xəxəniz axtarırdılar. Yəqin, bir az oynadıb buraxıblar, gediblər təzə hoqqa dalınca.
Süliddin kinayəli gülüşlər altında əzildi. Ona ürəyim ağrıdı. Həmin ağrı idi – qarı
üçün, nəvələr üçün gizildəmişdi. Bu halım özümə də qəribə gəldi, ona acıdığına görə
içimdəki adama qəzəbləndim. Süliddinin küt baxışlarına dözməyib söhbəti bağladım.
Biz çayçıdan çıxanda şər qarışmışdı. Uşaqlarla sağollaşıb dağılışdıq. Gecəydi, evə
gedirdim. Küçədən ancaq mənim addım səslərim gəlirdi. “Payız gəlib, gün gödəlib, –
deyə düşündüm, – bundan belə hava hər gün bir az da tez qaralacaq, futbol
oynayanların ayağı məktəbin həyətindən kəsiləcək. Stadionun payız yağışlarından
başqa, qonağı olmayacaq”.
Başa düşə bilmirdim, bunlar məni niyə bu qədər kədərləndirirdi?
396