Page 395 - "Yeni söz"
P. 395
Qəzəblə qorxunun qarışığından başım hərlənirdi. Başa düşürdüm, günahsız tifilləri Mövlud Mövlud. Biz ar q böyümüşük
Süliddingilin əlindən almaq lazım idi. Ancaq qorxurdum. Eşitmişdim ki, onlar mən yaşda
uşaqların üstünə bıçaq çəkir, zorla məktəbin arxasına aparır, qorxudub zorlayırlar. Geri-
geri gedib, stadionun yanındakı yarımçıq tikilinin arxasına girdim. Uşaqların ağlamaq-
dan, çığırmaqdan səsləri batmışdı. Nənə qışqır-bağır salır, hədələyir, axırda naəlac qalıb
qarğış eləyirdi.
Mən istəyirdim, qarının da, nəvələrinin də günahı olsun. İstəyirdim, qarı Sülid-
dingilin yumurtasını oğurlasın, nəvələri onların toyuğunu oğurladığı yerdə tutulsun,
istəyirdim, nəvələr Süliddingilin itini daşa basmış olsun. Bu zülmün bir səbəbi olmalıydı.
Belə olsa, mən özümə təskinlik verə biləcəkdim: “Günahları var idi, cəzalarını çəksinlər”.
Ancaq Süliddinlə Ramal gülürdü. Mən hələ gülə-gülə cəza verən adam görməmiş-
dim. Nənə aralıqda qaça-qaça bir dəfə yıxıldı da. Ancaq tez də ayağa qalxdı. O, bu boyda
həngamənin içində belə, əlində tutduğu torbanı (içində beş-altı kartof var idi) atmırdı.
Arvad yıxılanda mənim içimdə ümid közərdi. Dedim, bəlkə, yazıqları gələ, uşaqları bu-
raxalar. Əksinə oldu. Bir az da ürəkdən güldülər, uşaqların canını bir az da incitdilər.
Ramal sol əli ilə nəvənin boynundan yapışıb, sağla şalvarının qabağını açdı. Arvad
əlindəki torbanı sifətinə tutdu, üzünü yana çevirib tüpürdü. Nəvəsi çığıranda nənə dəli
kimi ona tərəf yüyürməyə məcbur oldu. Ramal uşağı arxaya sürüyə-sürüyə xırıltılı səslə
güldü. Onun səsi məktəbin pəncərələrinə dəyib geri qayıtdı: “Bunun ucuna o…a
bilərsən? Xa-xa-xa!”
Qarı qışqırmaqdan batmış səslə naçar-naçar inlədi:
– Ramal, Ramal, anan qanını yalasın, bala!
Süliddin üzüyuxarı şaqqanaq çəkdi. Məktəbin damına qonmuş quşlar ürküb
uçuşdular. Qorxumdan canıma üşütmə düşdü. Artıq orda qala bilməyib, dabana
tüpürdüm.
***
Gördüklərimi bir-iki günə unutdum. Yenə əvvəlki həvəslə stadiona gedib-gəlməyə
başladım. Sonra dərslər başladı, havalar soyudu, axşam ertə düşürdü deyə ayağımız
məktəbin həyətindən yığıldı. Boş stadionun payız yağışlarından başqa, qonağı olmadı.
Məktəb vaxtıydı. Axırıncı dərsin zəngi vurulmuşdu. Qaça-qaça, itələşə-itələşə
qapıdan çıxıb, evimizə getməyə tələsirdik. Qapının ağzında nəvələrdən birini gördüm.
Bilmədim sevinəm, yoxsa utanam. Ancaq yenə də onu görməyimə sevindim.
Sevinməyim mənə qəribə gəldi. Orda öləsi deyildilər ki? Süliddingil onların ətinimi
yeyəsiydi? Bunları fikirləşdikcə ürəyimdə Süliddinlə Ramala rəğbət oyandı. Nənəni,
395