Page 394 - "Yeni söz"
P. 394
nc yazarların ədəbiyyat almanaxı
Biz artıq böyümüşük
Y anaşı düzülən üç məktəbi deyirəm: 58, 36, 47. Məktəb binalarının
arasında futbol meydançası da var idi. Mənim uşaqlığım oralarda keçib.
Əsas da yay aylarında – gün uzananda. Axşam böyüklər gəlib bizi sta-
diondan çıxarırdılar. Məcbur idik günortanın istisində – gün başımıza döyə-döyə oy-
nayaq. Axşama qalanda tamarzı qalırdıq. Oyunun ən şirin yerində gəlirdilər, əvvəl
topumuza, nəm-nüm eləsək, dalımıza bir təpik vurub qovurdular.
Evimiz yolun bu biri üzündə idi. Yeməyimin axırıncı loğmasını udmamış düz stadio-
nun qırağında olurdum. Ortasında da ola bilərdim. Di gəl, pis oynayırdım, uşaqlar məni
yaxın qoymurdular.
Günorta axşama əyilən vaxt məktəbin həyətinə getmişdim. Böyük qaqaşlar hələ
gəlməmişdilər. Uşaqlardan da gözə dəyən yox idi. Bir az ora-bura gəzişəndən,
pəncərələrə daş atıb yorulandan sonra evə qayıtmaq istədim. Bir-iki addım atmamış
məktəbin dalından qışqırıq, fəryad, söyüş, qarğış səsləri göyə bülənd oldu. Udquna-
udquna səs gələn tərəfə getdim. Əvvəl elə bildim, zarafatdı, oyundu. Sonra dedim
davadı, yenə hallavarlılar bir-birini qırır. Arxa küçələrdə məşhur hallavarlılar məhəlləsi
var idi. Ha deyəndə, tırtoy qoparıb dava salırdılar. Kişilərin bıçaq çəkdiyi, arvadların
saçyolduya çıxdığı, cavanların süpürləşdiyi, balacaların uzaqdan bir-birlərinə tüpürdüyü
bu davaları çox görmüşdük. Onların qanlı hesablaşmalarından polis də bezar idi.
…Nə oyun idi, nə dava. Süliddinlə Ramalı görən kimi tanıdım – arxa məhəllənin ən
qansız uşaqlarını. Məktəbin arxasındakı kasıb evlərin birində qalan süpürgəçi qarının
nəvələrinə işgəncə verirdilər. Üst-başından miskinlik tökülən, ağzında dişi olmayan bir
qarının. Həmişə nəvələrilə bir yerdə olurdu. Dükana bir yerdə gedirdilər, bazardan bir
yerdə qayıdırdılar. Biz dərsdən çıxıb evə tələsəndə onlar məktəbin həyətini süpürən
nənələrinin yanına qaçırdılar. Anam bir-iki dəfə mənim yanımda qarıya pul vermişdi.
Məhəllədə danışırdılar ki, uşaqların atası müharibədə öləndən sonra anaları dəlixanaya
düşüb. Nəvələr qalıb arvadın üstündə. Məktəbdəki müəllimlər başqa cür deyirdilər:
“Ataları müharibədə şəhid olub, anaları xəstəxanada müalicə aldığına görə uşaqlar
hələlik nənələrinin himayəsində yaşayırlar”.
Yəqin, Süliddin “himayə” sözünün mənasını bilmirdi, bilsə, o uşağın boğazını elə
möhkəm sıxmazdı. Süliddin balaca nəvəni boğurdu, Ramal böyük tayını. Nənə onların
arasında qalmışdı. Süliddinə tərəf qaçanda Ramal böyük nəvəni çığırdırdı, Ramala
yüyürəndə Süliddin balacanı yerlə sürüyürdü. Nəvələrini bu iki əzrayılın çəngindən
almağa adam olsaydı, nənə, yəqin ki, taqətsiz ürəyini çəkdiyi əzablara təslim eləyərdi.
394