Page 392 - "Yeni söz"
P. 392
nc yazarların ədəbiyyat almanaxı
qalxmaq istədi, gəmi yırğalandığı üçün tarazlığını itirdi. Ayağa qalxıb tirlərdən tuta-tuta
göyərtəyə tərəf addımlamağa başladı. Heç kəs gözə dəymirdi. İnək böyürtüsü, at
kişnərtisi, qarğa qarıltısı və bilmədiyi nə qədər heyvanın səsi başındakı uğultuya qarışıb
onu gic edirdi.

Səndələyə-səndələyə göyərtəyə çıxdı. Hər tərəf mas-mavi idi. Gəmi dalğaların
üstündə nənni kimi yırğalanırdı. Yağış damlaları mavi boşluğun səthini iynə kimi dəlirdi.
Su uşaq, qoca, qadın, kişi meyitləri, uçmuş evlərin damları, taxta-şalban, heyvan
cəsədləri ilə dolub-daşırdı. Memeso yerə çöküb dizlərini qucaqladı. Hönkürə-hönkürə
ağlamağa başladı. Nuhun söylədikləri düz çıxmışdı: oğlu, arvadı, qızı...

Qəfil başındakı yarada isti təmas hiss elədi. Qəlbini sevinc bürüdü, bədənini saran
soyuq və dəhşət bir anda sovuşdu. Elə bildi, bütün gördükləri bir yuxuymuş, ayılıb artıq,
indi öz evindədir. Arvadı onu sinəsinə sıxıb oxşayır. Gülümsəyərək başını qaldırdı.
Yağışdan islanmış qara bir eşşək Memesonun yarasını yalayırdı.

392
   387   388   389   390   391   392   393   394   395   396   397