Page 387 - "Yeni söz"
P. 387
– Mən demirəm ki, o, qəribə adam deyil. Qəribədir. Özü də biz bildiyimizdən də Mirmehdi Ağaoğlu. Nuhun xarra
çox. Amma onu da bilirəm ki, xəstədir. El içində biabır olmağına da az qalıb, lap az.

– Ata, bəs onun gəmisinin ətrafına sürü-sürü heyvanın yığılmağına nə deyirsən? –
Bayaqdan pəncərənin qabağında dayanmış Elemay atasına sarı döndü.

– Dedim axı, onun möcüzələri çoxdu. Amma bu, o demək deyil ki, biz öz tanrıları-
mızdan üz döndərməli, onun tək tanrısına ibadət etməliyik. Özünüz fikir verin. Qızım,
ordan bir çubuq ver.

Bayaqdan süfrənin bir qırağında oturub danışılanlara qulaq asan Heyeja ocağın
qırağına yığılmış odunların arasından götürdüyü çubuğu atasına uzatdı.

– Baxın, qızım, sən də bax. Bu, Nuhun Allahıdır. Qızım, ordan beş-altı dənə də çubuq
gətir.

Qızı ayağa qalxdı. Ocağın qırağından ovcuna sığan qədər çubuq dəstələyib atasına
uzatdı. Memeso çubuqları qızdan alıb bir əlində möhkəm-möhkəm tutdu:

– Baxın, bu çoxluq da bizim allahlarımızdır. İndi deyin görüm, hansılar güclüdür: o
tək çubuq, ya bu bir dəstə?

– Sən düz demirsən, ata. Biz də Nuhun çağırışlarına qulaq asıb onun gəmisinə
minməliyik. Xilas yolu budur, yoxsa bütün canlılarla birlikdə məhv olacağıq – Elemay
əllərini havada yelləyə-yelləyə danışırdı.

– Kəs səsini, küçük. Mən o cür yalançı peyğəmbərləri çox görmüşəm. Yadıma gəlir,
onda uşaqdım, atamın yanında təzə-təzə xarratlıq öyrənirdim. Hələ ki, sağ gözümə
budaq dəyməmişdi. O vaxt cənub tərəfdə bir peyğəmbər peyda olmuşdu. Ona
qoşulanlara cənnəti vəd edirdi. Biz uşaqlar küçədə dalınca düşüb lağa qoyurduq, daş
atırdıq, söyürdük. Axırı nə oldu? Bir gecə bütün tərəfdarlarına zəhər içirib öldürdü. Lap
axırda özü içibmiş. Ya da ona inananlarla birgə uçurumdan atılan Sum peyğəmbər. Bu
ki uzaq tarix deyil, Heyeja doğulan il idi.

– O peyğəmbərlərdən birinə inansaydın, gözün ovcuna tökülməzdi – arvadı imkan
tapıb ərini sancdı.

Elemaysa söz güləşdirməkdəydi:
– Sən Nuhu nahaq yerə onlara tay tutursan. Nuh doğruçu peyğəmbərdi. Düzəltdiyi
gəminin ətrafına yığılan heyvanlar onun peyğəmbərliyinin təsdiqi deyilmi? Orda elə
heyvanlar var ki, heç vaxt görməmişik. Heç adını da bilmirik. Uzaq-uzaq ölkələrdən,
məğribdən, məşriqdən gəliblər. Bəs bu heyvanlar, quşlar, ilanlar, kərtənkələlər,
həşəratlara sözün nədir?
– Ata, ata, qardaşım, bilirsən, niyə Nuhun tərəfini tutur? – Axır ki, qız da ağzını açdı.
Heyejanın səkkiz yaşı olsa da, artıq hər şeydən başı çıxırdı.

387
   382   383   384   385   386   387   388   389   390   391   392