Page 386 - "Yeni söz"
P. 386
nc yazarların ədəbiyyat almanaxı
Nuhun xarratı
– Sakit, sakit, – oğlu birdən qışqırdı.
– Nolub? – boşqabın dibini sıyırıb tikəni ağzına aparan Təkgöz Memeso soruşdu.
– Eşitmirsiz? – Elemay şəkləndi.
– Başına hava gəlib? Elemay, nəyi eşitmirik? – atası əllərini ovuşdura-ovuşdura
dedi.
– Ana, az döyəclə onu. – Ocağın qırağında oturub qazanı qarışdıran anası da işini
saxlayıb ona baxdı. Bacısı əlini süfrədən götürüb qardaşının daha nə deyəcəyini
gözləyirdi. – Eşitmirsiz? Uzaqlarda göy guruldayır. Deyəsən, Nuhun dediyi vaxt yaxınlaşır –
Böyük Tufan.
– Nuh sənin də başını xarab edib. Göy guruldayar da, – Təkgöz oğlunu ələ saldı.
– Yox, bu guruldamaq o guruldamaqdan deyil. Nuhun dediyi an yaxınlaşır. O
demişdi ki, tezliklə tufan olacaq – Böyük Tufan.
– Bəsdir sarsaqladın! Ananı da qorxudursan, bacını da. Onlar da fikirləşər, görəsən,
nolub. Təsirə tez düşürsən. Neçə il Nuhun yanında işləyib xaraba qalmış gəmisini
düzəltdim. Bir dəfə də onun tanrısına inanmadım, amma sən iki cüt bir tək moizəsini
dinləmisən, o dəqiqə tanrılarımızı dandın. Kafir köpək oğlu, itil tövləyə. Heyvanları
yerbəyer elə.
– Mən bayaq yemləmişəm, – anası dilləndi – tövləyə də girmirdilər, güclə saldım,
elə hey böyürürdülər.
– Mən Nuhun yolu ilə getmirəm. Sadəcə bilirəm ki, o, həqiqəti deyir – Elemay sus-
maq bilmirdi.
– Elə bizi pis günə qoyan Nuh oldu – atası acıqlandı.
– Nuhun nə günahı var?
– Ay kişi, niyə elə danışırsan? Nuhun bizə nə zərəri dəyib axı? Pisdir, neçə il
qapısında işlətdi, hər ay məvacibini verdi – arvadı oğlunun tərəfini tutdu.
– Sən mumla! Birin bilirsən, birin bilmirsən. Mən olmasaydım, Nuh o gəminin bircə
tirini də qaldıra bilməzdi. Amma indi gör neyləyib ki, işləməyə taxta tapmıram. Yan-
yörəmizdə nə bir ağac qalıb, nə bir kötük. Müştərilər də qapını kəsdirib. Nədir-nədir,
Nuh bütün ağacları kəsib gəmi düzəldir. Nə bilim, tufan olacaq, dünyanı su basacaq.
– Şəkk gətirmə, a kişi. Özün onun yanında işləyəndə neçə dəfə gəlib möcüzələrin-
dən danışırdın. Nə tez unutdun? – arvadı dilləndi.
386