Page 381 - "Yeni söz"
P. 381
Araba sahibindən satılıkdır Mətləb Muxtarov. Araba sahibindən sa lıkdır
“Araba sahipinden satılıktır’” sözlərini görərkən hamımız gülərdik, uşaqdan böyüyə
kimi hamı. İbrahim əmidən başqa. O, Türkiyədən bir il idi ki gəlmişdi, ayaqlarında uzun
çəkmələrlə... Bizə deyərdi ki, ‘’Gülməyin! Düz yazılıb’’.
Mən o vaxtlar dördüncü sinifdə oxuyurdum. İbrahim əmi hamı ilə mübahisə edərdi.
Biz bu maşını məhlədə, ümumiyyətlə, şəhərdə ilk dəfə idi ki, görürdük.
Xarici maşın idi, çox sonralar öyrəndim ki, o maşın ‘’Citroen’’ markalı maşındır.
Rəsmi dildə avtomobil. Yiyəsi də türk idi, bunu biz elə o vaxtlar bildik, ta ki Türk bizim
yanımızdan keçərkən ‘’Merhabalar’’ deyənə kimi. Ona qədər isə məhlədə hamı gülər
və İbrahim əmi ilə mübahisə edərdi.
Bir dəfə Cəmil dayı İbrahim əmi ilə dava da edəcəkdi. Əlimin içi kimi bilirdim ki, biz
ayırmayacaqdıq, eləcə durub baxacaqdıq. Amma dava olmadı. O vaxtlar dava sözü
gələrkən biz elə bilirdik ki, tapança ilə, tüfənglə dava olacaq. Axı əmim, dayım,
məhlədəki kişilər, arvadlar kimisə barmaqla göstərib ‘’Bax bu, Qarabağ davasında olub’’
deyirdilər. Televiziyada da göstərirdilər ki, Qarabağ davası topla, tüfənglə olub. Hətta
qaçqın qonşumuz deyirdi ki, davada “qrad”dan da istifadə edirlər. Biz ona da gülərdik,
Qırat hara, tüfəng hara... Qırat Koroğlunun atının adı idi.
Türkün iki oğlu vardı. Heç vaxt məhlədə görünməzdilər. “Qızbibi” kimi evdən bayıra
çıxmaz, pəncərədən bizim futbol oynamağımıza baxar və gülərdilər. Söz vermişdim ki,
əgər onları tək tutsam döyəcəm, məhlədəki bütün uşaqlar onların əlindən ‘’yanırdı”.
Arvadı da başını bağlayardı. Sonralar şəhərdə başını onun arvadı kimi bağlayan qızlar
görəndə nənəmdən soruşmuşdum ki, niyə belə edirlər axı, yayın istisində başını
bağlamaq çox cansıxıcıdır. Nənəm demişdi ki, bu, bizim dinimiz İslamın qayda-
qanunlarıdır. Yenə də soruşmuşdum ki, bəs siz niyə bağlamırsız? Nənəm demişdi ki,
biz kəlağayı bağlayırıq, eyni şeydi.
‘’Araba sahipinden satılıktır’’ elanlı maşın hər axşam eyni vaxtda məhləyə gəlirdi,
səhər biz dərsə gedəndə isə axşamkı yerində olmurdu. Səhərlər dərsə getməkdən heç
xoşum gəlməzdi, amma o maşını görüm deyə tezdən oyanardım. Bir faydası da
olmazdı...
Türklə İbiş əminin arası yaxşı idi. Söhbətlərindən heç nə anlamazdıq. Amma tele-
vizorda türk kanalları göstəriləndən sonra onların söhbətlərini xatırlayıb, ayrı-ayrı
sözləri anlayardım.
“Pardon’’, ‘’efendim’’, ‘’hadi bakalım’’... ‘’Hadi bakalım’’ sözünə hamımız gülərdik,
məhlənin ağsaqqalı Kərim kişi isə lap hirslənər, nərdtaxtadakı daşları lap bərkdən
381