Page 378 - "Yeni söz"
P. 378
nc yazarların ədəbiyyat almanaxı
şəklin birini də zərfə qoyub ərimə göndərdim. Qoy qızlarını görüb sevinsin, dedim.
Axşam telefonla da danışdıq. Qızlar da danışdı. Şaxta babadan da danışdılar atalarına.
Yanvarın üçü idi. Bir də gördüm, qapı bərk-bərk döyüldü. Gözlükdən baxdım. Ərim
idi. O gəlməli deyildi axı. Tez qapını açdım. Qapı açılan kimi, uşaqlar onu gördü. Üstünə
qaçdılar. Qızlara fikir vermədi. Məni itələdi, divana yıxıldım. Çox qəzəbli idi. Onu belə
görməmişdim heç vaxt. Qayıdıb dedi ki, sənin əlindən Moskvada da qala bilmirəm. Kim
şəkli görürsə, deyir ki, Şaxta Baba arvadını əlləyir, gör şəkildə belədirsə, şəkildən sonra
neyləyiblər. Ağladım. Ona yalvardım ki, qulaq asma bu cür axmaq şeylərə.
Uşaqların ağlaşması məni lap dəli eləmişdi. Bu qədər əziyyət çək, onlara atalıq elə,
analıq elə, müəllimlik elə, ataları da gəlib səni bu vəziyyətə salsın. Axırda bezdim.
Dedim, sən yaxşı kişi olsan, uşaqlarının üstündə olarsan, gedib orda rus qızlarıyla
gəzməzsən. Bunu deyən kimi gözümə qaranlıq çökdü. Yerə yıxıldım. “Rədd ol, get
matişkə məşuqənin yanına”. Eşitdiyim sön söz bu oldu. Cehiz xalçama qan damırdı. Elə
o xalçanın üstündə öldüm.
Elman
Əmim əsgərlikdən sonra Moskvada qalmışdı. Əvvəlcə böyük, sonra ortancıl
qardaşım onun yanına getdi. Mən hələ məktəbdə oxuyurdum. Əmimin qızını alan
böyük qardaşım kəndə gəlmişdi. Dedi, məktəbi qurtar, əsgərlik işini pulla düzəldək, gəl
yanımıza.
Beş min manata hərbi bilet alandan bir həftə sonra getdim Moskvaya. Aeroportda
məni ortancıl qardaşım qarşıladı. O, subay idi deyə onunla qalacaqdım. Bazarda meyvə
satırdılar. Beş-on gün sonra bazarda meyvə satmağa başladım. Qardaşlarım meyvəni
alıb gətirirdilər, mən də satırdım. Bir az sonra xalam qızını aldı qardaşım. Mən tək
qaldım. İki-üç il sonra anam xəbər göndərdi ki, əmin qızı Nailəni sənə almaq istəyirik.
Mən razı oldum. Gözümün qabağında böyümüşdü Nailə. Burda bir qızım vardı, mənə
kömək edirdi bazarda. Onunla olurdum, amma onu almaq ağlımdan da keçmirdi. Bun-
lar kef çəkmək üçün idi, evlənmək üçün deyildi.
Nailəni mən görəndə balaca qız idi. İndi xeyli qəşəngləşmişdi. Deyirdi, oxumaq
istəyirəm. Başqa yolum qalmadı, dedim, Moskvada universitetə gir, orda oxuyarsan.
Girdi də. Amma qardaşlarım, bazardakı yoldaşlarımın əlindən bezar oldum. Bütün günü
mənə lağ edirdilər, arxamca danışırdılar. Deyirdilər ki, universitetdə qızlar boş otaqlarda
sevişirlər. Qızları yataqxanaya aparıb orda kef çəkirlər. Mən də dözə bilmirdim. Bir-iki
dəfə işimi atıb universitetə, onun dalınca getdim. Tək çıxdı. Avtobusa mindi. Düz bir
378