Page 382 - "Yeni söz"
P. 382
nc yazarların ədəbiyyat almanaxı

çırpardı. ‘’Bakal sözü haramdır, bakalda araq içərlər. Bu türk necə müsəlmandır ki,
arvadı başını bağlıyır, özü isə arağı bakalla içir’’, – Kərim dayı məhz buna görə
hirslənərdi.

Kərim kişi molla idi. Həmişə bizə deyərdi ki, Əli şəhidliyin zirvəsidir... İbrahim əmi
də düzəliş edərdi: ‘’Şəhidlərin hamısı bir zirvədir...’’

Əli imam idi, biz hər il nənəmlə məscidə gedib onun üçün “Yasin” oxudardıq. Hər
il mənim qolumda qara parça olardı, o parça nə vaxt qırılıb düşsəydi, arzularım yerinə
yetəcəkdi. Çox vaxt mən o parçanı özüm dişlərimlə didərdim ki, qırılsın və arzularım
çin olsun. Amma heç nə olmurdu ki, olmurdu.

Bir dəfə İbrahim əmi həyətdə kişilərlə söhbət edərkən eşitdim ki, həmin Türk
müəllimdir. Bakıda hansısa məktəbdə işləyir. Uşaqları da o məktəbdə oxuyur. Onda
bildim ki, niyə mən o maşını səhərlər görmürəm.

Böyük oğlu birinci növbə, kiçik oğlu ikinci növbə, özü də həmin məktəbdə müəllim.
Tarix müəllimi. İbrahim əmi deyirdi ki, buralarda türk dilində məktəb olmadığı üçün
uşaqlarını özü dərs dediyi məktəbə qoyub. Qorxur ki, uşaqları burda qala-qala öz
dillərini unutsunlar.

Kərim dayı ‘’əstəğfürullah, elə şey olar? Adam da ana dilini unudar?’’
İbrahim əmi isə demişdi: “Sən anlamazsan, qoca. Get Bakıya, gör bizimkilər necə
rusca danışırlar!”
Kərim kişi də cavab vermişdi ki, bəs onların qohumları Yasamalda ‘’Dağlı
məhəlləsi’’ndə qalırlar, onlar rusca danışmır, ‘’karinnoy’’ bakılıdırlar. İbrahim əmi yenə
də etiraz etmişdi: ‘’karinnoy’’ bakılı yoxdu, heç ‘’karinnoy’’ şəhərli də yoxdu. Hamının
əsli kəndçidir.’’.
Beləcə, yenə də Kərim kişi ilə İbrahim əminin davası başlamışdı, biz də
ayırmayacaqdıq. Çünki biz o vaxt tüfəng görmək istəyirdik. Çünki televizorda həmişə
toplu-tüfəngli Qarabağ savaşından əli silahlı əsgərlər yox, kostyum geyinmiş dayılar
danışardılar, babam da hirslənib kanalı dəyişərdi.
O biri ağsaqqallardan fərqli olaraq, babamın Türkdən xoşu gələrdi. Türkün danışığını
çox sevər və onu bir məmnunluqla dinlərdi. Bir gerçək də var ki, babam Türklə heç vaxt
danışmayıb, ancaq İbrahim əmi ilə Türkün söhbətlərini dinləyib. Başını aşağı-yuxarı
yellətməklə gah ağlayıb, gah gülərdi babam. Bilmirəm, niyə. Türk, babamın onları
dinləməyini görəndə başını evimizdəki divar saatının çömçəsi kimi yellədərdi. Elə bilirdi
ki, babam ‘’şpionluq’’ edir... Əmimin min bir əziyyətlə binanın damına çıxıb düzəltdiyi
anten türk kanallarını göstərmədiyi üçün babam sonrakı pensiyasına yenisini alacağına
söz verdi. Aldı da... Və ondan sonra bir daha İbrahim əmi ilə Türkü dinləmədi.

382
   377   378   379   380   381   382   383   384   385   386   387