Page 384 - "Yeni söz"
P. 384
nc yazarların ədəbiyyat almanaxı
Elə bu sözləri deyəndə peşmançılıq hissi məni boğdu, tez yerimdən durub qaçmağa
başladım. Çox peşman olmuşdum, gərək belə eləməyərdik. Deyəsən, doğrudan,
gedirdilər, yorğan-döşək, hamısını yığırdılar maşına. Qaça-qaça gəlib İbiş əmini
çağırdım, gözlərim dolmuşdu. Bir çıqq eləsəydilər ağlayacaqdım:
– İbiş əmi, niyə gedirlər? Yoxsa biz uşağını döymüşük, ona görə? Allah haqqı,
peşman olmuşam. İstəsən, gedib Türkdən üzr istəyərəm. Vallah, peşman olmuşam.
İbrahim əmi məni qucaqladı, deyəsən, o da dolmuşdu:
– Yox, sənlik bir şey yoxdu. Onlar burdan birdəfəlik gedirlər.
– Niyə? Nə olub ki? Mən uşaqları yığaram, hamımız gəlib üzr istəyərik. Vallah, peş-
man olmuşam.
İbrahim əmi yenə məni qucaqladı:
– Sizlik bir iş yoxdu. Onu burda işləməyə qoymurlar, ona görə də gedir.
– Kim? Bəlkə, gedim həmin adama deyim, icazə versin. Türk də burda qalıb işləyər.
– Yox. Sən çox şeyləri bilmirsən, amma nə vaxtsa biləcəksən.
Amma ondan üzr istəmədim. İndi buna görə peşmanam.
384