Page 388 - "Yeni söz"
P. 388
nc yazarların ədəbiyyat almanaxı

– Niyə? – Təkgöz Memosa dilləndi.
– Qardaşım Nuhun qızını...
– Kəs səsini, Heyeja, get qabları yu – anası əlini göyə qaldırdı. Elə bil qızın ağzının
üstündən vuracaqdı.
– Bacı...
– İşiniz olmasın Heyeja ilə. Danış, qızım, danış.
– Qardaşım Nuhun qızını sevir. Qucaqlaşdıqlarını öz gözümlə görmüşəm. Yadındadı,
sənə yemək gətirirdim e...
– Rədd ol bayıra, köpək qızı. – Anası çubuq götürüb qızına cumdu.
Bu vaxt yenə göy guruldadı. Özü də lap yaxından, daxmanın üstündən.
– Bu Nuhun gəmisinə yığışan heyvanların səsidir. Zalım oğlu, o qədər heyvanı
neyləyir görəsən? – Memeso dilinin ucunda söyləndi. O, sözünü qurtarmamış yenə göy
guruldadı. Heyeja qorxusundan qaçıb anasına sarıldı, Elemay pəncərədən çölə
boylandı.
Ani bir səssizlik oldu. Elə bil yer üzü bomboş idi, heç bir canlı yox idi. Sanki heç kəs
nəfəs almır, heç kəsin ürəyi döyünmürdü. Yer üzü ilk yarandığı gün kimi səssizliyə
gömülmüşdü.
Turup... trup-trup...Trup...
– Başladı – Oğlan üzüldü.
– Nə başladı? – Memeso dilləndi.
– Böyük Tufan.
– Gicləmə.
– Yağış səsidir, eşitmirsiz?
Tup... turup... tup. Damlalar evin damına düşdükcə adamı vahimə basırdı. Elə bil
göydən yağış yox, daş yağırdı.
– Hə yağışdır. Adi yağış. Sən doğulandan bəri mininci dəfə yağan yağış, uca göylərin
bizə hədiyyəsi... Di bəsdirin, öz işinizlə məşğul olun. Sənsə, gədə, gəl dalımca. Arvad,
bizi gözləməyin, yatın, gec gələcəyik.

***
Atayla oğul şəhərin qurtaracağına çathaçatda yerimək də olmurdu. Yağış damcı-
damcı yağmırdı, ovuc-ovuc tökülürdü. Elə bil şəlalənin altında dayanmışdın. Əyin-
başdan çıxmışdılar, yeridikcə ayaqları palçığa batırdı. İslanmış paltarlar da bir tərəfdən
ağırlıq edirdi, ətəyini yığıb əlinlə dəstələmədən yerimək olmurdu. Torpaq hərdən suluq

388
   383   384   385   386   387   388   389   390   391   392   393