Page 391 - "Yeni söz"
P. 391
– Tələs, qaç gəmiyə, dediyimi elə. Eşşəksiz qayıtma! Mirmehdi Ağaoğlu. Nuhun xarra
– Yox, ata!
– Küçük, sənə nə deyirəm, onu da elə. – Təkgöz Memeso oğlunun yaxasından
yapışıb silkələdi. – Eləyəcəksən! – O, əlindəki kəndirlə oğlunu vurdu.
– Dedim, etməyəcəm, istəyirsən, lap öldür. Onsuz da bir şey qalmayıb, su artıq dizə
çatır.
Doğrudan da, su get-gedə qalxırdı, dizlərinə çatmışdı. Bu vaxt gəminin qapısı zarıya-
zarıya örtüldü.
– Vəssalam, qapı da bağlandı, – oğlu təəssüflə dedi.
– Dur ayağa, dəyyus, gəl dalımca.

***
Təkgöz Memeso kəndirin ucunu başı üzərində tovlayıb yenə göyə tulladı. Dəmir
qarmaq hər dəfə geri qayıdıb qartal kimi onun öz üstünə şığıyırdı. Bu dəfə, nəhayət,
ilişək tapdı. Memeso onu bir neçə dəfə dartışdırdı. Möhkəm idi.
– Qulaq as, mən gəmiyə dırmaşıram. Sənsə burda gözlə. Eşşəyi tapan kimi, kəndirə
bağlayıb aşağı sallayacam. Dərhal onu aç. Sonra da özüm düşəcəm. Diqqətli ol, heç
kəsin gözünə görünmə. Bildin?!
– Bildim. – Oğlu təəssüflə dedi.
Gəminin arxa tərəfində dayanmışdılar. Bura gəminin başına baxanda çox hündür
idi, beş adam boyu olardı. Bir də Təkgöz Memesonun yadına gəlirdi ki, Nuh o vaxt
gəmini tikəndə otyeyən heyvanların yerinin bu hissədə olacağını demişdi.
Memeso kəndirdən yapışıb yuxarı dartındı, yaş paltarı ağırlıq edirdi. Üstəlik kəndir
də islanmışdı. Əlləri sürüşürdü. Yaxşı ki, o vaxt gəminin taxtalarının çoxunu yonub
rəndələməmişdilər, ayaq qoyub təkan vermək olurdu. Kəndirin ortasına çatanda
Memeso dincini almaq üçün gəmiyə söykəndi. İçəridən qəribə səslər gəlirdi. Heç nəyin
səsini ayırd eləmək olmurdu. Aşağı boylandı. Şimşək işığında oğlu kabus kimi bir anlıq
görünüb yox olurdu. Elemay suya batmamaq üçün iri qaya parçasının üstünə çıxmışdı.
Memeso yenə dırmaşmağa başladı. Gəminin məhəccərinə çatanda taqəti qalmamışdı.
Sol qolunu irəli uzatdı, sağ qolunu atmaq istədi, artıq çiyinləri məhəccərdən aşmışdı.
Birdən qəfil təkan oldu. Memeso gəminin içinə yuvarlandı...

***
Ayılanda başında küt ağrı hiss elədi. Əlini ağrıyan yerə apardı. Kəlləsi qanamışdı.
Başını qaldırıb yuxarı baxdı. Yağış hələ kəsməmişdi. Göy üzü tutqun idi. Memeso ayağa

391
   386   387   388   389   390   391   392   393   394   395   396