Page 379 - "Yeni söz"
P. 379
ftə arxasınca getdim. Bir-iki dəfə də gözünə göründüm, yalandan dedim ki, burda Qan Turalı. Hekayələr
işim vardı. Məqsədim oydu ki, narahat olsun, bilsin ki, onu izləyirəm, ağlına başqa şey
gətirməsin.

Bir gün işdən çıxandan sonra vurmağa getdik. Mağazadan üç araq götürüb getdik
“Şəki” kafesinə. Orda xeyli vurduq. Məclis yaxşı gedirdi. Lap axırda mənim satıcı
qonşum qayıdıb dedi ki, istəyirəm işdən tez çıxıb universitetə gedim, yaxşı qızlar olur
orda, bəlkə, birini tutdum. Rusca düzəməlli bilmirdi, qız tutan-zad da deyildi, sadəcə
mənə ilişirdi. Mən də stolun üstündəki butulkanı götürüb ona vurdum. Bizi
sakitləşdirdilər. Daha oturmayıb evə gəldim. Nailəyə dedim ki, daha universitetə-zada
getmirsən, qaxılıb oturursan evdə. Nailə ağladı, mən də dediyimi dedim, üstəlik
qətiyyətimi göstərmək üçün bir-iki dənə də ilişdirdim. İki-üç ay gününü göy əskiyə
bükdüm. Amma çox vurmurdum. Hamilə idi çünki. Uşağa bir şey olardı. Analıq
məzuniyyətinə çıxdı. Daha qoymadım getməyə. Birinci uşağımız oldu. Adını da Nailə
qoydu: Gülnur. Ad xoşuma gəlmişdi. Ona görə də razılıq verdim.

Gülnurdan sonra Gülgün oldu. Gülnurun altı yaşı olanda Nailəyə dedim ki, mən
Moskvada qız uşağı oxudan deyiləm, qayıt Azərbaycana. Bir az pul yığmışdım, ev aldım
ona M.də.

Tez-tez gedirdim yanlarına, hər ay beş yüz dollar göndərirdim. İki-üç gündən bir
telefonla danışırdıq. Yeni ilqabağı gəlmək istəyirdim, amma heç cür alınmadı. Uşaqlara
yeni il üçün üç yüz dollar göndərdim. Onlar da mənə məktub yazmışdılar. Şaxta Baba
ilə çəkdirdikləri şəkli də göndərmişdilər. Əvvəlcə şəkildə bir şey hiss eləmədim. Şaxta
Babanın ağac tutduğu əli Nailənin çiyninə dəyirdi, o biri əlini də Gülnurun çiyninə
qoymuşdu.

Şəkli stolumun üstündən asdım. Beş-altı gün sonra bütün bazar bu şəkildən
danışmağa başladı. Özü də məni əsəbiləşdirmək üçün mənə Şaxta Baba deyirdilər. Biri
söz çıxartmışdı ki, Şaxta Baba məktəbdə müəllimdir, Nailənin məşuqudur. Bir nəfər
guya onları bir yerdə evdən çıxanda görüb. Əvvəlcə vecimə almadım. Amma sonra bir
gün dözməyib qardaşlarımdan xəbərsiz təyyarəyə minib M.-ə gəldim.

Əvvəlcə parka gedib Şaxta Babanı tapdım. Şəkli göstərib dedim ki, bu sənsən? “Hə”
deyən kimi bıçağı düz ürəyindən vurdum. Sonra evə gedib Nailəni vurdum. Bıçağı
cibimə qoyub polisə getdim. Qardaşlarım pul töküb məni ömürlük həbsdən qurtardılar.
15 il iş aldım. Keçən dəfə evə zəng vurub anama dedim ki, uşaqları gətirin yanıma.
Qızlarım məni görmək istəməyiblər. İndi Gülgünün 15, Gülnurun 18 yaşı var.

379
   374   375   376   377   378   379   380   381   382   383   384