Page 400 - "Yeni söz"
P. 400
nc yazarların ədəbiyyat almanaxı

Dağın bir tərəfi qayalıqlar idi. Həmişəki kimi uçurumun qırağında oturub ayaqlarını
aşağı salladı. Səhərdən bəri beynini məşqul edən “xoşbəxtlik nədir?” sualını bu dəfə
beynindən dilinin ucuna gətirdi.

– Birsaatlıq xoşbəxtlik daha qısadır birsaatlıq ağlamaqdan... – bir qız səsi ilə bu
sözlər havada uçuşdu.

Murad arxaya çöndü, heç kəs yox idi, birdən hiss elədi ki, kimsə sağ əlindən tutub,
sağa baxdı, heç kəs yox idi... Səs tanış idi. Kimin səsi olduğunu başa düşməyə çalışdı,
başa düşəndə artıq gözlərindən yaş yanağından süzülüb qayalıqlarda yox oldu. Hər şey
sanki gözündən düşən göz yaşı ilə yadına düşdü. Bir il bundan əvvəl sevdiyi qızı –
Nərmini itirmişdi. Ağır gəldi ona. İlk əvvəl özünü öldürmək istədi, sonra beynində qızlar
canlandırmağa başladı. Onları sevməyə çalışdı. Hər gün Nərminin bir surətini beynində
canlandırırdı, sevirdi, öldürürdü... Keçmişi xatırlamaq istəmirdi, hər gün öldürdüyü
sevgililərinin heç birini yadına salmırdı. Yenilərini canlandırırdı, yenilərini sevirdi. Tarix
dərslərini ona görə sevməzdi, anlayırdı ki, hər tarix kiminsə keçmişidir və keçmişdə
ağrıdan başqa, heç nə yoxdur.

Tarix dərslərinə də bu səbəbdən girməzdi, Murad onu da anlamışdı ki, həyat –
küləkli havalara bənzəyir, küləkli havalar kimi həyat da çirkli, cırıq qəzet parçasını
gözləmədiyin anda sənin üzünə vuracaq və bu çirkli kağız parçası insanın keçmişindən
başqa, heç nə deyil...

Və unutmağa başladı keçmişini. Nə etdisə də, xoşbəxt ola bilmədi yenə də. Sonra
xoşbəxtliyini axtarmağa başladı.

Və bir il keçdi. Bu gün Nərminin öldüyü gündən bir il keçib. Həmişə görüşdükləri
yerdədir, amma Nərminsiz. Bir il sonra onu yenidən xatırladı, dəli küləyin Nərminin
sözlərini onun üzünə vurması ilə... Və onda anladı ki, heç vaxt xoşbəxt ola bilməyəcək,
yuxusunda gördükləri başına gəlmişdi – deyəsən, hər gün beynində canlandırdığı və
öldürdüyü mələklər onu lənətləmişdi və təbii ki, öldürdüyü qurbağalar da... Gərək
arxan olsun, sərt arxan olsun – atasının dediyi sözlər yadına düşdü sərt qayalara
baxanda. Ayağa qalxdı, arxasını qayalıqlara doğru çevirdi. Xoşbəxtlik – dedi, – bir
duyğunun, bir sözün ki tələffüzü cəmi üç saniyə vaxt aparır, o duyğu nə qədər uzun ola
bilər ki? Və gözünü yumub kürəyini qayalıqlara tərəf tutaraq özünü hava boşluğuna
buraxdı.

***
Külək otağının pəncərəsini bərk çırpdı. Anası nə isə olduğunu hiss etdi ürəyində.
Külək isə onun çarpayısı üstündəki gündəliyini yerə atdı. Açılan səhifədə bu sözlər

400
   395   396   397   398   399   400   401   402   403   404   405