Page 401 - "Yeni söz"
P. 401
ılmışdı: “O, bu gün məni tərk etdi. Əslində insanın sevdiyi hər kəs, hər şey onu tərk Musa Əfəndi. Xoşbəxtlik axtarışında
edir. Və bu gün mənim üçün zaman dayandı, deyəsən, əqrəblərin mənə yazığı gəldi və
onlar məni tərk etmədilər. Axı mən də yaşamağı sevirdim...” O, hər şeyi anlamışdı,
təkcə gündəliyində xoşbəxtliyi axtaranda tanış adlar arasında Nərminin adını
görməmişdi. Axı ilk sevgilər ancaq gündəliyin solmuş vərəqlərində olur... Bəlkə də,
Nərmin onun beynində yaratdığı mələklərdən sadəcə biri idi, bəlkə də, o, heç
olmamışdı, bəlkə də, hər öldürdüyü mələklə birlikdə o da hər gün ölürdü.Bəlkə də, heç
indi o ölməyib. Bəlkə, bunlar hamısı yuxudur... Birdən qışqırıq səsi ilə Murad yuxudan
ayıldı. Qorxmuşdu, tərin içində idi, ayılanda qorxduğunun fərqinə varmışdı, bir də onu
anlamışdı ki, bu, onun sonuncu yuxusu deyil...

401
   396   397   398   399   400   401   402   403   404   405   406