Page 403 - "Yeni söz"
P. 403
Dülgərin qövmü Müşfiq Şükürlü. Dülgərin qövmü

Başlanğıcda hər şey qaranlıq idi... və sonra işıq göründü.
İşıq qaranlıqdan, dünya dənizlərdən ayrıldı. Çaylar, göllər və
dağlar yarandı. Ardınca çiçəklər, ağaclar, heyvanlar və quşlar...

“Dumanda mənzərə” filmi, Teo Aqilopulos

Bu vaxt şəhərdən bir adam çıxıb gəldi və dedi: Ey qövmüm!
İtaət edin bu elçilərə!

Quran, 36/20

A dı Nəccar idi. Şəhərdən uzaq bir kəndin qoynundan sakit, sədasız
bir dağa gəlib çıxmışdı. Burada qayalardan qurulmuş, gecələri
ocağın istisində işıqlanan qaranlıq bir yuvada yaşayırdı. Dağ qalın,
tünd-yaşıl meşənin ortasından boylanır və lap uzaqda üfüqə dayanmış bir ovuc qaraltı
kimi görünən şəhərə baxırdı. O, dağın ətəyi boyu aşağı meşəyə enir və ardınca elə bil
əlinə yapışmış iri, kəsici baltasından meşənin bağrına ucsuz-bucaqsız, dalğa-dalğa səs
yayılır. Sonra yerə aşırdığı yoğun, böyük ağacları qalın iplə möhkəm-möhkəm bağlayıb,
onlarla atın yükünü hazırlayır, at yükü dağyuxarı çəkib yüksəkdəki geniş, açıq sahəyə
gətirib çıxarır. Və Nəccar onları daşlı-qayalı mağaranın önündəki balaca, taxta otağa
keçirir. Bu, elə də asan deyildi. Ancaq onun hər gün bu ağaclardan yonub çıxartdığı
fiqurlar şəhər camaatından hansısa ailənin evində, lap mətbəxin taxta ləmələrində
qab-qacağa çevrilirdi. Ona görə də gördüyü ağır işdən zövq alan bu cəsur dülgərin
gözlərində bütün çətinliklər günəşin çulğadığı işıqlı dağdan, parlaq meşədən və sevimli,
kimsəsiz yuvasından qurduğu həmin duyğunun şirin bir hissəsinə qarışmışdı. O, işini
sevirdi və uzun zamandan bəri, lap gəncliyindən arzuladığı bu inziva qarışıq həyatı, axır
ki, gerçəkləşdirmişdi.
Nəccarın saçları da, saqqalı da ağarıb. Ancaq o, qoca adlanmayacaq qədər yaşlıdır
(və bu, görkəmindən də bəlliydi), yaşı əllidən çox da uzaq deyil. Bircə balası, gözünün
nuru bircə oğlu var. Oğlan cüzam xəstəsidir, bədənində qanı tükənib elə bil. Qan
üzünün, qollarının, əllərinin üzərində parça-parça sovrulub yoxa çıxıb, üzündəki solğun
ləkələr suyu çəkilib getmiş, ağappaq ağarmış, çınqıllı, quru çay cığırını xatırladır və o
zamanların bu əlacsız, barışmaz cüzamı cavan oğlanın ömrünü anbaan bir az da inadla,
qətiyyətlə qısaldır. Nəccarın arıq, tifil oğlu atasının samandan və ağaclardan düzəltdiyi
kiçik, isti yatacaqda büzüşüb-qalıb. Həyatdan, dünyadan uzaq, meşəylə, quşlarla,

403
   398   399   400   401   402   403   404   405   406   407   408