Page 407 - "Yeni söz"
P. 407
əmət sezilir. Nəccarın illər öncə əllərini düyünləyib əyilərkən yüksəldiyi həmin ilahi Müşfiq Şükürlü. Dülgərin qövmü
səltənət sanki başqa – əsl, xalis libasını geyib ürəyinin dərinliyinə qədər nüfuz etdi. Bu
vaxt onun ruhu titrəyir, bədəni çimçişir elə bil. Və güclü, çox qəribə bir vəcd bürüyür
köksünü. Piter hüzur duyulan səsindən sanki Nəccarın ruhuna üfürür və onu ovsunlayır:
“Biz Allahın elçisinin salamını gətirdik. Üzümüz şəhərədir, yolu göstər bizə.” Nəccar
nəyi xatırlayır, görəsən? Nə düşünür axı o? Və niyə “kim?” deyib çaşqın-çaşqın gözlərini
döyür? Elə bil yerə mıxlanıb, tərpənə də bilmir. “Kim? Allahın elçisi?” “İsa bin Məryəm.
Allahın İsrail oğullarına lütfü. Cənnətlə müjdələyən. Xəstələrin, kimsəsizlərin havadarı…
” Bəlkə də, o sayacaqdı və sayırdı da. Ancaq Nəccarın eşitmək istədikləri bu qədər idi.
Ya da bu, ona kifayət etmişdi. O, ayağa durur və onların qarşısında iltimasla rica edib
dillənir: “Mənim.. oğlum… O… o, çox-x-x…” Dili damağına dolaşır. O, niyə danışa bilmir
axı? Bəlkə, ümid, illər sonra gəlib qapısına çıxan xoşbəxtlik, həmin köksündə qızaran,
ayağının ağrısına qarışan sızıltı mane olur? Ancaq indi danışmağın vaxtıdır. Susmaq,
çaşmaq, dayanmaq olmaz. Yaxşı ki, qarşısındakı adam, nəm, təravətli saçlarında
günəşin şüaları parıldayan bu cavan, yaraşıqlı oğlan ona kömək edir. “O, xəstədir, yəqin?
Həə, cüzamdır. Bunu demək istəyirsən?” Nəccar başını dinməzcə tərpədir. Alnının
dərisi, gözləri geri çəkilir, çənəsiylə təsdiqləyir. Piter isə elə bil lap doğma, lap çoxdan
tanıdığı yaxın bir dostuyla danışır. Ancaq bir qəribəlik var. Bax bu ifadədə, bax bu sözdə,
bu baxışda.. və bu söhbətdə nəsə anlaşılmaz, durğun bir çay axır. Və çay dupdurudur,
elə bil nur axıb gedir və dərindəki, lap dibdəki, dərinlikdəki hər şey görünür. “Gedək,
Paul. Gedək, dostumuz bizə oğlunu göstərsin.”
Onlar sakitcə dağyuxarı çıxırlar. Nəccarın üzündə təəccüb qarışıq bir ifadə var.
Ancaq gözlərindən sevinc və ümid dolu rahatlıq yağır. İri boynunda, nazik saçlarında
elə bil tər puçur-puçur düyümlənir və çiyinləri, yaxası boyu süzülüb gedir. O, ara-sıra
dönüb yoldaşlarına baxır. Ancaq nədənsə dillənə bilmir.
Nəccar hündür qapı nəhəngliyində olan iri dəliyi örtmək üçün düzəltdiyi parçanı
aralayıb Piter və Paula yol göstərir. Pərdə, yaxud qapı rolunu oynayan həmin dəlik-deşik
parçanı Nəccar yuxarıda daşların arasına keçirdiyi mismara ilişdirir və içəri günəşin han-
dan-hana çatan işığı düşür. Onlar içəri girir və bu qaranlıq yuva günəşdən çox, bu
yerlərin heç vaxt görmədiyi adamların üzlərində, qəlblərində gətirdiyi işıqla aydınlanır.
Onlar İsanın dostları idimi, görəsən? Dediklərinə görə, məhz İsa bin Məryəmin
həvariləri, ürəkdaşlarıdır və bu uzun yola Allahın elçisinin salamını gətiriblər. Əlbəttə,
Nəccar İsa bin Məryəmi tanımırdı. Ancaq dostlarını tanıyırdı. Ən azından görmüşdü və
deyəsən, indi ona yardım etmək istəyirdilər. Qoy oğlu sağalsın, ayağa qalxsın, canı, halı-
407