Page 412 - "Yeni söz"
P. 412
nc yazarların ədəbiyyat almanaxı
Sarı dana
N axırçılar damaqlarında çürük ağac kötüyü kimi ilişmiş təkəmseyrək
dişlərini ağarda-ağarda yekəpər Krasnodar cöngəsinin burnundakı
həlqəsindən yapışıb bordaqda vurnuxan şeşən düyənin üstünə
gətirəndə mənim dəhşətli ölümümdən iki gün keçirdi. Yaxşı ki, tez ölüb qurtardım:
kəndin üz qarasına çevrilmiş o biri danalar kimi alaq-ulağı ovurdumda ləzzətlə
marçıldada-marçıldada dana gözlərimi yad öküzünün şeşən düyəni zorladığı səmtə
zilləyib arsızcasına “mö” eləmədim. Onlar hamısı yaxşı bilirdilər ki, üstündən təzək iyi
gələn çürük dişli naxırçılar öz aralarında fərəhlə “damazlıq buğaları qorumaq lazımdır”,
deyəndə mənim kimi bu torpağın çayırlığında başına gün döyəcləyən sarı danaları yox,
tövlənin qaranlığında təzə-tər yonca yeyən Krasnodardan gətirilmiş ala-bula cins
buğaları nəzərdə tuturdular. Buğa deyəndə də bir az yekə çıxır: özlərini elə aparırlar ki,
guya bunlar başqa planetdən gəlib, əslində heç tanımırlar ataları kimdi, anaları kimdi,
nə qədər əcaib-qəraib buğanın genini qarışdırıb belə bədheybət düzəldib bizim
düyələrin üstünə göndəriblər. Amma mən dana ağlımla dərk eləyirdim ki, onlar bu
qələti başqa yerdə yox, ancaq bizim üzqarası danaların gözünün qabağında, bizim təzək
iyi verən naxırçıların əliylə eləyə bilərdilər. Yaxşı ki, tez öldüm, bunları görmədim…
Amma bir dəfə, necə oldusa, cins buğaların qızarmış gözlərinə görünməmək üçün
özlərini arxın qırağındakı çayırlığa verib gövşək vuran öküzlərimizdən eşitmişdim ki, bu
Krasnodar buğalarının heç bizim düyələrdən sarı ürəkləri getmir, naxırçılar onları
bordağa bağladıqları inəklərə yaxınlaşdırmaq üçün itin zülmünü çəkirlər, o qədər tər
tökürlər ki, buğaların əvəzinə özləri atılsaydılar, heç bu qədər əziyyət olmazdı. Yad
öküzlər üçün kimi zorladıqlarının fərqi yox idi, bizim danalar üçün isə kimin
zorlandığının. Bax dəhşət bunda idi! Mən bunların hamısını bilirdim, özü də çox yaxşı,
yerli-yataqlı. Bunları fikirləşdikcə arada ürəyim sızlayır, iştahadan kəsilirdim. Ancaq bu
qədər naxırın içində bir sarı dana neyləyə bilərdi ki? Mən öz dana beynimlə hər şeyi
dərk edirdim və həmişə də gücsüzlüyümü görüb xəcalət çəkirdim, amma bizimkilər
öküz başlarıyla heç nəyi anlaya bilmirdilər, ya da anlamaq istəmirdilər. Daha doğrusu,
bunların öküz başları üçün heç nəyin əhəmiyyəti yox idi. Mənim ölümüm də nəyisə
dəyişmədi. Mən özümü ucları nizə kimi şiş yabaların üstünə atıb cırılmış qarnımdan
axan qanıma qərq olanda, bəlkə də, onlar öküz ağıllarıyla fikirləşiblər ki, yəqin, başıma
hava gəlibmiş ki, dünyanın dinc vaxtında gül kimi ətimi murdar eləyib ikinci növ sex
kolbasalar üçün xammala çevirdim. Onlar necə də böyük səhv edirdilər. Mən öldüm,
çünki onların tayı olmaq istəmədim.
412