Page 417 - "Yeni söz"
P. 417
qları altına yıxılıb cöngəliyin yeganə nişanəsi olan bir cüt sırğanı naxırçıların necə Na q Məmmədli. Sarı dana
qəddarlıqla burmalarına razılaşırmışlar. Uzaqbaşı bircə dəfə “mö” edirmişlər, vəssalam!
Özü də könüllü! Təsəvvür edirsinizmi, könüllü?! Mənsə... Öləndən sonra məlum oldu
ki, bu torpağın danaları arasında ancaq sarı dananın ağlından cöngə olmaq keçibmiş.
Axtalanmış babalarımın yolu ilə getmək əvəzinə, cöngə olmaq… Danaydım ki, dana…

Nə adamlar, nə də inəklər mənə sarı baxırdılar, deyəsən, heç şeşən düyənin də
vecinə deyildi. Naxırın içində təklənmişdim. Tək canımla o yana, bu yana qaçmaqdan
qaranəfəs olmuşdum, bir dördayaqlı başını qaldırıb mənə sarı baxıb, bekara da olsa,
“mö” eləmədi, bir Allah bəndəsi üzünü mənə sarı tutub heç olmasa daş atmadı, söyüş
söymədi. Elə həmin andaca ağlıma gəldi ki, bu inəklər və adamlar dünyası üçün mən
artıq ölüyəm. Bircə qalırdı ölməyin özü… Öləndən sonrakı fikirlər ölməmişdən qabaq
ağlıma gəlsəydi, bəlkə də, hər şey başqa cür olardı; mən də babam sayılası öküzlər kimi
Krasnodar cöngələrindən uzaq gəzərdim, şeşən düyəni də bordağa çəkəndə
ovurdumdakı ot-ələfi marçıldada-marçıldada bircə dəfə “mö” edərdim, qurtarıb
gedərdi. Artıq gec idi. Qalırdı bircə ölməyin özü… Gözüm yabalara hardan sataşdı,
onların yaz günəşinin altında bərq vuran iti dişlərini hardan gördüm, bilmirəm,
qaranəfəs son qüvvəmi toplayıb ölümə tərəf götürüldüm. Sanki yabaları məxsusi mənə
görə belə tərsinə sancmışdılar, onların par-par yanan iti dişləri səbirsizliklə yolumu
gözləyirdilər. Var gücümlə qaçırdım, başını otlaqdan qaldırmayan inəklərin, hələ də
qarnını tutub yerdə ilan kimi qıvrılan bədbəxt naxırçının və gələcəyin bədbəxti olacaq
ağzıayrıq gədələrin yanından yel kimi keçdim. İnəklər və adamlar dünyasında yadımda
qalan sonuncu şey bu oldu ki, ölümə yaxınlaşanda mənim də gözlərim təzə dəymiş
gilənar kimi qırmızıya çalırdı. Bəlkə, məndən də yaxşı cöngə olardı... Ölümün şiş uclarına
keçməyə saniyələr qalmış dana beynimdə təsəlli yerinə nəsə qığılcım qopdu: məni
axtalaya bilmədilər…

Axtalanmış öküzlər sükutla meyitimin yanından keçirdilər. Heç inək başlarını
qaldırıb al-qana bələnmiş cəsədimə baxan da olmadı. Yox, biri baxdı, deyəsən… İşığı
sönmüş gözlərini mənim ölü bəbəklərimə zillədi və quyruğunu bulayıb “mö” elədi.
Bircə dənə “mö”… Vəssalam.

Sonra göydən dana boyda axtalanmış yağış yağdı, o, torpağın canına hopduqca
yerin altından boynubükük axtalanmış bənövşələr, quşəppəyilər, bağayarpağılar baş
qaldırdı. Mənim qanımsa peyin iyi gələn torpağın üstündə gölməçəyə çevrilib
laxtalanmışdı. Sabah buranı axtalanmış öküzlər təzəkləməyə gələcəkdilər.

417
   412   413   414   415   416   417   418   419   420   421   422