Page 421 - "Yeni söz"
P. 421
hkum olunmuşların növbəti məhkəməsi başlayırdı. Elə bil Tanrı göydə onları sorğu- Ömər Xəyyam. Hekayə
sual eləyib sonra ruhlar aləminə qəbul eləyirdi. Bu gözyaşardıcı qoxunun vahiməsi
təbiəti də ömürlük dustağa çevirmişdi. Ağaclar ölü, yarpaqlar dar ağacındakı qurbanlar
kimi boynubükük...

Dörd pivə qonaqlığından sonra Omman əmisini razı salacağına söz verdi. Sofi razı
deyildi. Hətta dəfələrlə bu söhbət üstündə davaları olurdu:

– Sənin ədəbiyyat sevgin mənə olan hisslərdən dəfələrlə güclüdü.
– Hə! Mən səni yazmaq üçün sevirəm. Səni sevirəm deyə yazmıram. Başa
düşürsən? Seks ehtiyacımı ödəyirəm səninlə, yazmaq enerjim bərpa olunur. Əslində
sən özün də bilmədən ədəbiyyata xidmət eləyirsən.
Sofi bu sözlərdən sonra təsəlli tapmış, hətta özünü vacib vasitə kimi hiss etmişdi.
Bir həftədən sonra Ka telefonun ayaqqabı dolabından səsini eşitdi, Omman idi:
– Razıdı, görüşmək istəyir. Əminsən? Elə hadisələr danışır ki, məncə, düşün bir.
– Nə vaxt görüşürük? Hara gəlim?
– Sabah Portesid kafesində. 11:30-da.
Bu zəng hamiləliyinin son dəqiqələrində gücənməyə taqəti qalmamış qadına
doğmaq üçün kömək eləyən həkim kimi Kanın içindən ümidsizliyi çəkib çıxardı.
Yağışlı havada Morqlandda torpaq iylənmiş ət qoxusu ifraz edir. Bu, bəlkə də,
günahsız qurbanların qan qoxusudu. Sonra günəş çıxacaq, torpağa gömülmüş damcılar
buxarlanacaq. Hər damcı özü boyda bir günahı asimana qaldıracaq. Külək bulud
topalarının əlindən tutub Sen çayını keçirəcək, dünyanın şərqinə yola salacaq. İldırım
səslərindən sonra buludlar qarınlarındakı günahları damcı-damcı qusmağa başlayacaq.
Ka yağış sularının gölməçə güzgülərindəki əksində özünü dünyanın ən böyük ədəbi
hadisəsini yaradacaq dahi kimi görürdü.
Portesid kafesi Traundell meydanında ən məşhur kafelərdən biridi. Yazarların,
rəssamların, küçə musiqiçilərinin ortaq nöqtələrindən biri. Müştərilər bir-birlərini
tanıyır, hər kəs rahatdı. Tərəddüd etmədən kimsə əlini çiyninə qoyub, icazəsiz
siqaretindən götürüb, hansısa axmaq film haqqında fəlsəfi fikirlərini bölüşə bilər.
Ommanın əmisi İgi 45-50 yaşlarında, saçları arxaya daranmış, enlikürək, Braziliya
seriallarının qəhrəmanlarını xatırladan tipdir. Adətən dustaqxana rəhbərlərini heç kim
tanımır. Onları təhlükədən uzaq tutmaq üçün gizli saxlayırlar.
Mən real həyatda heç bir türmə rəisi tanımıram. Siz də, yəqin ki, tanımırsız. Əgər
atanız, əminiz deyilsə.
Omman çay sifariş verib, görüşün məqsədini bir daha şərh etdi. İgi siqareti elə
çəkirdi ki, elə bil tüstü bığlarının arasından çıxırdı. Diqqətlə baxanda gözlərinin

421
   416   417   418   419   420   421   422   423   424   425   426