Page 423 - "Yeni söz"
P. 423
Hər an daha bir addım yaxınlaşan ölüm qorxusunun həyəcanı... Ömər Xəyyam. Hekayə
Bu, izaholunmazdı.
Bir əsr yaşayan insana yüz bir yaşında filan ayın filan günü öləcəyini desən, narahat
olacaq...
Ölüm dəhşətdi, ölümü gözləmək daha dəhşətli...
Biri hündürboy, eynəkli, keçəldi. Sol çiyninə “azadlıq – cənnətdir” yazılıb. Bütün
günü ikimərtəbəli çarpayının birinci mərtəbəsində saqqallı, arıq otaq yoldaşıyla domino
oynayır. Arıq olanın saqqalı o qədər uzundu ki, elə bil saqqal onun yox, o, saqqalındı.
Dominodakı mərcləri heç biri dustaqxanaya aid deyil. Keçən dəfə hündürboy olan
saqqallıya dedi ki, mən udsam, Barbarissodakı gözəlçələrdən birinə qonaq eləyəcəksən
məni, amma mən seçəcəm qızı. Saqqallı razılaşmadı. Dedi ki, mənim xoşuma gələni
seçdin, bəlkə? Sonra hansısa ölkədə istirahət xərclərindən mərc gəldilər.
Üçüncünün sol qolu yoxdu. Sağ əliylə olmayan qolunun yerini qaşıya-qaşıya üzü
qapıya tərəf oturub hansısa klassik musiqi üstündə anasına lənət, qarğış edirdi. Bu
qarğış musiqisi hər dəfə hündürboyun yumruqlarıyla kəsilirdi. Yaxşıca əzişdiriləndən
sonra ikinci mərtəbəyə çıxıb səssiz-səssiz ağlayırdı.
Kamerada yeganə həyat əlaməti divarın küncündə cücərmiş otdu. Betonu deşib
keçən ot torpağın üstündən baş götürüb qaçmaq istəyib, yəqin, səhvən burdan çıxıb.
O da ömürlük dustaqdı. Bir ot ömrü qədər dustaq. Saqqallı öz övladı kimi ona qulluq
eləyir, oxşayır, oturub saatlarla danışırdı.
Məhkəmədən sonra birbaşa yoxlama otağına gətirilən Kanın üstündən alışqan,
siqaret, qələm, qeyd kitabçası və Sofinin şəkli çıxmışdı.
Alışqandan başqa, bütün əşyalarını qaytarmışdılar özünə.
İlk iki gün kamerada onu görmürdülər elə bil. Sakitcə müşahidələrini eləyir,
qeydlərini aparırdı. Hər şey üçüncü gün oldu. İki gün çox rahat, sərbəst idi. Onsuz da
bir həftə sonra çıxacaq, amma dünyanı silkələyəcək ədəbiyyat materialıyla.
Sofinin şəkli ikinci mərtəbədəki çarpayıdan – qeyd kitabçasının içindən yerə
düşməsəydi, hər şey yaxşıydı əslində. Hündürboy, keçəl olan şəkli götürüb tumanının
içinə atdı. Ka onun bir qolu enliyində olan bədəniylə nə qədər müqavimət göstərsə də,
heç nə alınmadı. Əslində əlini salıb götürə bilərdi. Bu, onun sonu olardı. Təsəvvür
eləyirsən? Əlini hündürboyun tumanının altına salmalıdı, düz cinsiyyət orqanının
yanına. Sonra kamerada tualet yerinə istifadə eləyərdilər onu, nəzarətçilər belə olanda
qarışmırdılar. Onsuz da bu gün bir-birlərini öldürməsələr, sabah, ya da iki gün sonra
güllələnəcəklər. Heç nə dəyişmir, əvəzində tamaşa izləyirdilər.
Ka sakitcə ikinci mərtəbəyə qalxdı. Məcbur razılaşdı. Məcburdu. Anasının şəkli
olsun lap. Nə etmək olar? Gücün çatmır, susursan. Başqa yol yoxdu. Bu hələ harasıdı?
423