Page 425 - "Yeni söz"
P. 425
hşətə gətirdi məni. Əslində hamımızın içində vəhşi bir insan yatır. Başa düşürəm Ömər Xəyyam. Hekayə
səni.
– Axmaq, sən nə danışırsan, bacım yoxdu mənim. Mən, mən sadəcə yeni romanı
yazmaq üçün öz istəyimlə bura gəlmişəm. Əvvəldən danışılıb bu. Başın xarab olub
sənin?
– Sənin əsəblərin korlanıb, dostum, sən bacını vəhşicəsinə öldürmüsən. Heç kim
günahsız yerə bu lənətlənmiş xarabaya düşməz.
– Vemian, inan ki, doğru deyirəm. Mən necə kimisə öldürə bilərəm axı.
Ka qaranlıq tövlədə ilan görmüş bağlı ata oxşayırdı. Əllərini dizlərinə vurur, burun
dəlikləri böyüyür, gözləri hədəqədən çıxırdı.
Səs-küyə otağa daxil olan nəzarətçi Linqstoun Kanın əllərini tutub sakitləşdirməyə
çalışırdı. Vemian gətirdiyi kitabı masadan götürdü:
– Yəqin, oxumamısan, ikinci nəşr iki gün əvvəl vurulub. Burada olduğunu eşidib
ikinci nəşrdə kitabı sənə ithafən yazdığımı qeyd elədim. Bir məhbusun son günündən
bəhs eləyən psixoloji romandır. Bir aya bestseller olub, on mindən çox satılıb. Səni heç
vaxt unutmayacam, əzizim.
Dəhlizi necə keçdiyini hiss eləmədi Ka. Beyni donmuşdu elə bil. Kameranın
döşəməsinə çöküb tavana zilləndi.
On dəqiqə sonra qapını yumruqlamağa, qışqırmağa başladı. Hündürboy, keçəl olan
onu sakitləşdirməyə çalışsa da, heç nə alınmadı. Sofinin şəklini almağa gücü çatmayan
Ka, hündürboyu bir əliylə itələyib yıxdı, yenə qışqırmağa, nəzarətçilərı söyməyə davam
elədi.
Bu, ölüm qorxusunun gücüydü. Bu, yaşamaq sevgisinin gücüydü.
Beş dəqiqə sonra iki nəzarətçi kameraya daxil oldu. Linqstoun Kanın əllərini tutdu,
o biri nəzarətçi rezin dəyənəklə budlarına vurmağa başladı. Sakitləşmək bilmirdi Ka.
Günahsız olduğunu, İgidən roman yazmaq üçün bura düşməyini xahiş etdiyini, əslində
heç kimi öldürmədiyini qışqırırdı. Sonra səsi batdı, dəyənək zərbələrinə dözməyib yerə
çökdü. Nəzarətçilər sürüyə-sürüyə kameradan çıxartdılar onu. Birnəfərlik, özlərini yaxşı
aparmayan dustaqlar üçün nəzərdə tutulmuş, zirzəmidə yerləşən otağa apardılar.
Bu otaq tabuta bənzəyirdi. Qəbiristan yolundakı tabuta.
Ümidlərin çiynində ölüm yolçuluğu.
Dörd-beş metr hündürlüyü olan divarlardan yuxarıdakı kameraların tualet boruları
keçir. Yaxşı ki, qaranlıq idi. Yoxsa Ka borulardan sidiyin birbaşa otağın döşəməsinə
axdığını görərdi. Burada həyatla yeganə əlaqə tavandakı domino daşı boyda dəlikdən
süzülən işıq şüasıdı.
425